Edelmandan ilginc təklif:"Türkiyə konsulluqlarını bağlayaq”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dostlarının əlindəki mediadan istifadə edərək ABŞ düşmənçiliyini alovlandırır.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Brukinqs İnstitutunda çıxışı zamanı ABŞ-ın Türkiyədəki keçmiş səfiri Erik Edelman deyib.
"ABŞ Ədalət və İnkişaf Partiyası hakimiyyətə gəldikdən sonra önəmli müttəfiq adı ilə insan haqları sahəsindəki bir sıra məsələlərə göz yumub. Türkiyənin ABŞ-da çoxlu sayda konsulluğu var. Əgər biz bunlardan birini bağlasaq, Türkiyə və onun prezidentinin ətrafında kifayət qədər güclü problemlər yarana bilər”, – deyə o bildirib.