UEFA-dan ÇL və AL-lə bağlı böyük dəyişikliklər
UEFA avrokuboklarda növbəti mövsüm üçün yeni qərarları açıqlayıb.
"Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqası, Avropa
Liqası və Super Kubok oyunları üçün ən ciddi dəyişikllik 4-cü əvəzetmə ilə
bağlıdı. Buna əsasən, əgər oyun əlavə vaxta gedərsə, komandalar 4-cü dəyişiklikdən
istifadə edə biləcəkılər.
Digər bir qərar final oyunları üçün iştirak ərizəsindəki say artımı ilə əlaqədardı.
İndiyə qədər yalnız 18 futbolçu sifariş edilə bilirdisə, ÇL və AL finallarında,
həmçinin Super Kubok matçında komandalar iştirak ərizəsinə 23 futbolçunun adını
daxil edə biləcəklər. Yeni qayda yalnız final oyunlarına aid olacaq.
Çempionlar Liqası matçlarının başlama saatı ilə bağlı dəyişiklik də təsdiqlənib.
Yeni qərara əsasən, 23:45 adəti sona çatıb. Növbəti mövsümdən etibarən görüşlər
23:00 və 00:00-da start götürəcək.