Müsavat mitinqin kütləviliyini təmin etmək üçün qərarlar qəbul etdi

 

Müsavat Partiyasının mətbuat Xidmətindən "Basta” ya daxil olan məlumata görə, bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

 

 

İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının görülən işlərlə bağlı məlumatı dinlənilib. Başqan müavini Razim Əmiraslanlı Füzuli, İmişli, Ağcabədi və Beyləqan rayon təşkilatlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən zona müşavirəsi haqda Divan üzvlərini məlumatlandırıb.

 

Daha sonra Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, Divan üzvü Elman Fəttah ATƏT-in Müşahidə Missiyasının rəhbərləri ilə görüşləri haqqında, həmçinin ATƏT-in uzunmüddətli Müşahidə Missiyasına daxil olan şəxslərlə regionlarda Müsavat Partiyası təmsilçiləri arasında baş tutan görüşlər barədə məlumat veriblər. Divan üzvü Tofiq Yaqublu Amerika səfirliyinin müşaviri ilə keçirdiyi görüş haqqında Divan üzvlərini məlumatlandırıb.

 

Divanda Müsavat Partiyası və Milli Şuranın təyin etdiyi 31 mart tarixli ümumxalq mitinqi geniş müzakirə olunub. Mitinqin kütləviliyini təmin etmək üçün lazımi qərarların qəbul edilərək, partiya strukturlarına çatdırılması tapşırılıb.

 

"Cümhuriyyət-100” tədbirləri haqda başqan müavini Fərəc Kərimli Cümhuriyyət-100 futbol çempionatının gedişi haqda məlumat verib.

 

Eyni zamanda Müsavat Partiyasının "Cümhuriyyət-100” tədbirləri çərçivəsində keçirəcəyi açıq şahmat turnirinə aprel ayının 15-də start verilməsi barədə qərar edilib.

 

Divan iclasında dünyada gedən son siyasi proseslər xüsusi müzakirə edilib.

 

Sonda cari məsələlərə baxılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300