Zəlimxan Məmmədli: "Bizi məhv etmək planı"  


Son 200 ildi Azərbaycan türkünü sistemli şəkildə məhv etmək planı həyata keçirilməkdədir. Son yüz ildə Azərbaycanın milli azadlıq mübarizəsində önə çıxan, sistemləşən, təşkilatlanan hissəsi, daha dəqiq ifadə etsək türk, islam və bəşəri dəyərlərin daşıyıcısı olan milli aydınlarımız məhv edildi. 1915, 1918, 1920, 1937, 1946, 1990, 1992, 1993-cü illər Azərbaycan türkünün qaymaqları olan ziyalılar bəhv edildi, milli kimliyimizə görə soyqırıma məruz qaldıq. İndi də həmin siyasətin davam etdiyini müşahidə edirəm. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları, Musavatçılıq ideoloji-siyasi platformu, Əbülfəz Elçibəy və silahdaşları, Azərbaycan Xalq Cəbhəsi amansız təqib olunmaqdadır.

Maraqlıdır ki, bu siyasəti - Azərbaycanı bölüb, məhv etmək planının təməlini hazırlamış və soyqırıma rəhbərlik edən də son 200 ildə Ruz və fars şovinizmidir. Bu milli dirçəlişimizin qənimi olan Rusiya və İranın imperialist zehniyyətinin iş birliyi çağdaş Azərbaycanda iş başındadırlar. Rusofillər sürətlə çoxalmaqdadır. Bəlkə də dünyanın heç bir milləti bir-biri ilə başqa dildə, xüsusilə o millətinin qanını tökmüş millətin dilində danışmaz. Amma bəzilərimiz imperiyanın 27 ildi dağılmasına baxmayaraq bir-biri ilə rus dilində ünsiyyət qurur, düşmənimizin dostunun dilini öz əzizlərimizdən əziz tutur, ən azından 20 yanvar və 26 fevral Xocalı soyqırımı törədən rusun dilini danışmaqla şəhidlərimizin ruhunu incitmiş olurlar, milli tərəqqimizə kölgə salırlar. Düşməni ilə dostunu ayırd etməkdə bir millət mədəniyyətini unudaraq mədəsinin dili ilə danışırsa, o millət məhvə məhkumdur.

Ancaq mən millətizin rus ayısı aşiqi olmaması qənaətindəyəm. Rəsmi Azərbaycanın siyasətini yönəldən rus qafalıların yürütdüyü antimilli siyasət hökmən iflas olmalı, siyasi-ictimai həyatımızdan silinməlidirlər. Bu zehniyyət yuxarıda Moskva və Tehranın dirijor çubuğu ilə oturublarsa və həmin çubuğun eşqinə milli dəyərlərimz ayaqlar altına alaraq, namussuz bir toplum obrazı yaradırlarsa, buna nəinki utanmalıyıq, onları götürüb Xəzərə töküb, balıqlara yem etməliyik... Ürək açan nəyimizsə qalmadı. Üzümüzü güldürməliyik. Üzünüz gülsün, əziz millətim.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300