Evdə qovğa uşağa necə təsir edir?

 

ABŞ-ın Vermont Universitetinin əməkdaşları ailə münaqişəsinin uşaqların psixikasına təsirini araşdırıb. Novator.az-ın məlumatına görə, psixoloqlar ailə münaqişəsinin uşaqda, xüsusən həssas uşaqda psixoloji travmaya səbəb olduğunu açıqlayıblar.

Vermont Universitetinin tədqiqatına 9-11 yaşlı 99 uşaq cəlb olunub. Onlar psixoloji testin nəticələri əsasında iki qrupa bölünüb. İlkin mərhələdə uşaqların valideyn münaqişələri ilə nə qədər tez-tez qarşılaşdıqları və bu konfliktlərin nikaha təhlükə yaradıb-yaratmadığı öyrənilib. Sonra uşaqlara şən, əsəbi və neytral ovqatlı cütlük şəkilləri göstərilib. Uşaqlara emosional təsvirdən asılı olaraq seçim təklif olunub.

Araşdırma göstərib ki, münaqişə səviyyəsi aşağı olan ailələrin uşaqları şəkillərə dəqiq qiymət verib. Münaqişəli ailələrin uşaqları isə xoşbəxt və mənfi çalarları düzgün seçə biliblər. Amma həmin uşaqlar neytral fotoları hansı kateqoriyaya aid etməkdə çətinlik çəkiblər.

Psixoloqlar qeyd edirlər ki, tez-tez ailə münaqişəsinin şahidi olan uşaqlar neytral və təhlükəli vəziyyətləri qarşıdurma kimi qiymətləndirə bilər.

Mütəxəssislər utancaq uşaqların ailə münaqişəsindən daha çox əziyyət çəkdiyini vurğulayırlar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300