"Facebook” 70 milyard dollar ziyana düşdü: Reklam strategiyasını dəyişdi

"Facebook” sosial şəbəkəsində "İzləyici kateqoriyaları” adı verilən proqram ləğv edilib.

 

"Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, bu proqram vasitəsilə hədəf auditoriyasının statistikasını toplayan şirkətlər reklam verən şirkətlər üçün "hədəf kütlə” təmin edirdi.

 

Şirkətdən bildirilib ki, bu addım sayəsində istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini daha da artırmağa səbəb olacaq.

 

Qeyd edək ki, mərkəzi Londonda yerləşən "Cambridge Analytica” şirkətinin ABŞ və İngiltərədə seçkilər və referendum prosesinə təsir etmək məqsədilə 50 milyon istifadəçinin şəxsi məlumatlarını icazəsiz istifadə etməsinin üzə çıxmasından sonra "Facebook” əleyhinə ciddi kampaniyalar başlayıb.

 

Bir çox məşhur simaların və şirkətlərin öz hesablarını "Facebook” silməsindən sonra şirkətin səhmləri 10 gündə 70 milyard dollar dəyər itirib.

 

Şirkət bundan sonra təhlüksəziliyin artırılması ilə bağlı müəyyən addımlar atmağa başlayıb. "Facebook” reklam şirkətlərinin istifadəçilərin şəxsi məlumatlarını görə bilməsinin qarşısını almaq məqsədilə "İzləyici kateqoriyaları” proqramını ləğv etmək məcburiyyətində qalıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300