Media Klubu yaradıldı: Problemlər müzakirə olundu

Azərbaycan jurnalist birliyinin nümayəndələriMedia Klubun- media məkanının mühüm problemlərini həll etməyə, KİV sahəsində qərar və təklifləri hazırlamağa qadir olan məşvərətçi platformanın yaradılmasını qərara alıblar.

 

Media klubun yaradılması ideyası bu gün Turan agentliyində bir sıra KİV xadimlərinin iştirakı ilə keçirilən məsləhətləşmələrin nəticəsində irəli sürülüb.

 

Görüşdə "Yeni Nəsil" Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, media üzrə ekspert və jurnalist Qulu Məhərrəmli, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət, Xural.com saytının baş redaktoru Əvəz Zeynallı, Aztoday.az saytının baş redaktoru Elmidar Əliyev, "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev iştirak ediblər.

 

İnformasiya məkanında vəziyyət pis olaraq qalır, düşmənçilik dilində danışmaq, aqressiya üstünlük təşkil edir, peşə-etik normalar pozulur, ifadə azadlığına ziyan dəyir, A.Əliyev bildirib.

 

Bir tərəfdən, informasiya-texnologiya sahəsində mühüm irəliləyişlər nəzərə çarpır, digər tərəfdən, diskreditasiya, böhtan, təhqir və zorakılığın təbliği üçün informasiyadan istifadə olunması daha böyük miqyas alır.

 

Z.Əzəmətin fikrincə, bu hal ənənəvi KİV-in sıxışdırılması siyasətinin nəticəsində mümkün olub. Praktiki olaraq, informasiya meydançaları öz mövcudluğunu dayandırıb.

 

"Bu gün media məkanında müşahidə edilən aqressiya sivil formada ifadə azadlığının sıxışdırılması cəhdlərinə cavabdır", - Q.Məhərrəmli bildirib.

 

Media klubun təşəbbüsçüləri hesab edirlər ki, informasiya mühitində inkişaf etməkdə olan neqativ proseslər dağıdıcı xarakter daşıyır və ümumilikdə cəmiyyətə mənfi təsir göstərir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300