Müxalifət möhtəşəm mitinq keçirdi

 

Bu gün Bakıda müxalifətin növbəti mitinqi keçirilib. Müşahidəçilərin qənaətinə görə, "Məhsul” satdionunda baş tutan aksiyada iştirakçıların sayı müxalifətin 10 mart mitinqindən daha çox olub.

Milli Şura və Müsavat Partiyasının təşkilatçılığı ilə keçirilən aksiyada AXCP sədri Əli Kərimli, Müsavat başqanının müavini Osman Kazımlı, AXCP rəyasət heyətinin üzvü Vahid Məhərrəmli, Müsavatın Divan üzvü Tofiq Yaqublu, Milli Şuranın üzvü Oqtay Gülalıyev, Müsavat başqanı Arif Hacılı və Milli Şuravın sədri Cəmil Həsənli çıxış ediblər.

***

Milli Şuranın sədri Cəmil Həsənliprezident seçkilərini "məzhəkə” adlandırıb.

Onun fikrincə, prezidentliyə namizədlər "qırx nəfərin içində hörməti olmayan adamlardı”.

"Bu millət yalançıya, korrpsionerə 25 ildir dözür. Hansi seçkidən danışırlar? Xalqın seçki haqqın Əliyevlər mənimsəyib. Azərbaycan konstitsuyasına görə, xalqın seçki hüququnu əlindən almaq ən böyük cinayətdir. İlham Əliyev cümhuriyyət ənənələrinin axırına çıxıb”, deyə o vurğulayıb.

Ancaq istər Mərkəzi seçki Komissiyasının rəhbərliyi, istərsə də dövlət başçısı seçki prosesinə fərqli qiymət verirlər.

Dövlət Bşçısı İlham Əliyev martın 30-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri xanım Korin Yonkeri qəbul edərəkən deyib ki,seçkilərin demokratik, ədalətli və şəffaf olacağına, Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əmindir.

***

"İlham Əliyev Lələtəpə yüksəkliyinin azad edilməsi ilə çox öyünür. Ancaq bizim hədəfimiz tək Lələtəpə ola bilməz. Bizim hədəfimiz Dağlıq Qarabağ olmalıdır”.

Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, çıxışında Azərbaycanın beyənlxalq aləmdəki imicinə toxunub.

Vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə ancaq offşorlara daşınan pullar ilə "məşhur”dur.

A.Hacılı həmçinin deyib ki, ölkədə işsizlik yüksək səviyyədədir.

Azərbaycan rəsmiləri isə ölkədə işsizliyin səviyyəsinin yüksək olması ilə bağlı səslənən fikirləri qəbul etmirlər. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkədə işsizlik də, yoxsulluq da 5 faizə düşüb.

***

Müsavat Partiyası Divanın üzvi Tofiq Yaqublu mitinqdə çıxış edib: "2003-cü ildə Heydər Əliyevin vəsiyyəti ilə məmurlar yaralı Azərbaycanı İlham Əliyevin qarşısına atdılar. Onun ailəsinin, qohumlarının qarşısına atdılar. Bu illər ərzində bu ailə, bu komanda yaralı Azərbaycanı sökməklə, parçalamaqla məşğuldur.”

Tofiq Yaquboğlu daha sonra hakimiyyəti seçki saxtakarlığında ittiham edib.

O deyib ki, Qarabağ savaşıının ilk illərində indiki dövlət başçısı Moskvada olub:

"İlham Əliyev Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. İngilis dilini bilirdi. Heydər Əliyev onu niyə Xarici İşlər Nazirliyinə göndərmədi, Neft Şirkətinə göndərdi. Çünki orada pul vardı, oğurlamaq vardı. Bunların Azərbaycanı talamaqdan başqa heç bir məqsədləri yoxdur. Bunlar 7 il məsələsini niyə ortaya atıblar? Çünki oğurlamağa yenə var”.

 

***

Müsavat Partiyasının Məclisinin üzvü vəkil Osman Kazımov çıxışında polislərə müraciət edib:"Əzizlərim " Polis haqqında” qanuna görə siz xalqı müdafiə etməlisiniz, məmurları yox…”

Osman Kazımov deyib ki, polislər də onlara doğma, qardaş adamlardır:"Biz mitinqdən sonra evlərimizə gedəcəyik. Onlar isə xidmətlərini davam etdirəcəklər. Həyatlarını risqə atacaqlar…”

O. Kazımov Qarabağ münaqişəsindən danışarkən Əbülfəz Elçibəy hakimiyyəti ilə mövcud hakimiyyət arasında paralel aparıb: "Ə. Elçibəy hakimiyyəti dövründə Qarabağın 1/3 azad edilmişdi, sonrakı hakimiyyətin ilk illərində isə 6 rayon işğal edildi”.

 

***

AXCP sədri Ə. Kərimli 1918-ci ilin mart hadisələrindən söz açıb və bildirib ki, erməni terroru 100 ildi davam edir. O, Qarabağın 25 ildir işğal altında olduğunu, dünya ictimaiyyətinin buna göz yumduğunu deyib: "Biz həm dünya ictimaiyyətindən, həm də Qarabağı qaytarmağa səy göstərməyən Azərbaycan hökumətindən Qarabağı istəyirik”.

AXCP sədri hökuməti Rusiyadan yararsız silah almaqda suçlayıb.

Əli Kərimli çıxışında həmçinin ölkədə 160 civarında siyasi məhbus olduğunu vurğulayıb."Onlar bu milləti sevən insanlardır.Ancaq Azərbaycanda hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər”.

Əli Kərimli həmçinin hakimiyyəti korrpsiyada da ittiham edib. Meydanda "istefa” şüarları səslənib.

AXCP sədri Azərbaycanda monopoliyanın başında dövlət başçısı İlham Əliyev durduğunu qeyd edib.Əli Kərimli deyib ki, İlham Əliyevin hakimiyyətini daha 7 il uzadmağa haqqı yoxdur.

"İktidarda olduğu müddətdə yalanı dövlət siyasətinə çevirmiş, ölkədə söyüşü siyasətə gətirmiş bir şəxsin 4-cü dəfə prezident seçilməyə haqqı varmı?” – deyə AXCP sədri sual edib.

 

***

Bu dəqiqələrdə Müsavat Partiyası və Milli Şuranın birgə təyin etdiyi etiraz mitinqinə insanlar toplaşmaqdadır.

Qeyd edək ki, "Məhsul” meydanında keçirilən bu günə təyin edilən etiraz aksiyası Bakı şəhər İcra hakimiyyəti ilə razılaşdırılıb. "Talana son”, "Növbədənkənar seçkilərə yox” və s. şüarlarla keçirilən aksiyanın əsas səbəbi Respublikada keçirilən antikonstision prezident seçkilərinə etiraz olsa da, 1918-ci ildə bolşeviklərin erməni daşnakları ilə birlikdə Bakıda törətdikləri qətliam qurbanları da yad ediləcək.

Azadlıq Radiosuna mitinqin keçirildiyi məkandan verilən məlumata görə, ərazidə tez-tez internetdə kəsilmələr yaranır. Bu üzdən aksiyadan canlı yayımın verilməsində problem yaşandığı bildirilir.Milli Şura və Müsavat Partiyasının bundan əvvəl martın 10-da keçirdiyi mitinq zamanı da internetdə ciddi problem yaşandığından jurnalistlər aksiyanın gedişindən canlı yayım verə bilməmişdilər.Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bununla bağlı hər hansı izahat verilməmişdi.

Təşkilatçıların bildirdiyinə görə 1918-ci il martın 31-də daşnak-bolşevik hərbi birləşmələrinin Bakıda və Azərbaycanın bir sıra bölgələrində kütləvi qırğınlar törədildiyi hadisələrin 100 illiyi dəbu aksiyada yad ediləcək.//Bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300