Şərqi Quta bölgəsi Bəşər Əsədin nəzarətinə keçir

 

Suriya hökumət qüvvələri 2013-cü ildən mühasirədə saxlanılan Şərqi Qutan bölgəsini tam nəzarət altına alır.

APA-nın məlumatına görə, Suriyada hökumətyönümlü "Al-Vatan" qəzeti Rusiya hərbçiləri və müxaliflər arasında aparılan danışıqlar nəticəsində bu gün Şərqi Qutadakı Duma şəhərinin evakuasiya planı ilə bağlı razılıq əldə edildiyi barədə məlumat yayıb.

Razılaşmaya əsasən, mülki şəxslər və müxalif döyüşçülər mühasirədə olan Duma şəhərindən maneəsiz çıxa bilər. Ancaq müxaliflər ağır silahları şəhərdə qoymalıdırlar. Müxaliflərə Suriyanın şimalına, hazırda müxalif Azad Suriya Ordusunun nəzarətində olan ərazilərə getməyə icazə verilib.

Beləliklə, Duma şəhərindən sonra Şərqi Quta regionu tamamilə Suriya ordusunun nəzarəti altına keçəcək. Şərqi Quta Dəməşqə yaxın region olduğu üçün strateji və simvolik əhəmiyyətə malik olub.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr bu il fevralın ortalarından başlayaraq Rusiya hərbi aviasiyasının dəstəyi ilə Şərqi Quta bölgəsinə hücuma başlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300