Bu gün "Yuventus” və "Real” üz-üzə gələcək  

 

Bu gün futbol üzrə Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin ilk oyunları start götürəcək.

"Report” xəbər verir ki, ilk oyun günündə biri İtaliyada, digəri isə İspaniyada olmaqla iki matç baş tutacaq.

Turində yarışın ötənilki finalçıları – "Yuventus”la "Real Madrid” qarşılaşacaq. "Qoca sinyora” 1/8 finalda İngiltərə təmsilçi "Tottenhem”i mübarizədən kənarlaşdırdığı halda, "Kral klubu” Fransa çempionu PSJ-nin yolunu kəsib.

Meydan sahiblərinin heyətində Mehdi Benatiya və Miralem Pyaniç cəza, Federiko Bernardeski isə zədə üzündən meydana çıxa bilməyəcək. Aleks Sandro ilə Mario Mancukiçin durumu isə sual altındadır. "Real Madrid” düşərgəsində ciddi itki yoxdur. Yalnız zədəli Naçonun oynayıb-oynamayacağı dəqiq bilinmir.

Günün digər qarşılaşması Əndəluziyada "Sevilya” ilə "Bavariya” arasında olacaq. Avropa Liqasındakı nailiyyətləri ilə ad çıxaran meydan sahibləri anoloji uğuru qitənin ən nüfuzlu klub turnirində də qazanmaq istəyirlər. Sonuncu dəfə 2012/13 mövsümündə ÇL-in qalibi olan münhenlilər isə növbəti dəfə kuboku muzeylərinə aparmağı hədəfləyiblər.

İspanlar 1/8 finalda İngiltərə təmsilisi "Mançester Yunayted”dən güclü olublar. Almanlar isə Türkiyə çempionu "Beşiktaş”ı üstələyiblər.

"Sevilya”da Ever Baneqa cəzalı, Xesus Navas izə zədəlidir. "Bavariya” isə uzum müddətdir zədəli olan Manuel Noyerlə Kinqsli Komanın xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər iki ilk oyunu aprelin 4-də keçiriləcək. "Liverpul” "Mançester Siti”ni, "Barselona” isə "Roma”nı qəbul edəcək.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

3 aprel

22:45. "Yuventus” (İtaliya) – "Real Madrid” (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

22:45. "Sevilya” (İspaniya) - "Bavariya” (Almaniya)

Baş hakim: Daniele Orsato (İtaliya)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300