Moskva Balkanları yenidən qarışdırmaq istəyir

 

Bölgə etnik müharibələrin ocağına çevrilə bilər

Srebrenista Avropada 2-ci dünya savaşından sonra ən böyük qırğının həyata keçirildyi yer sayılır. Burada qoca, gənc, qadın və uşaq demədən, minlərlə bosniyalı müsəlman milli-dini mənsubiyyətinə görə serb millətçiləri tərəfindən öldürülüb.

"Lakin şəhərin serb meri nəinki soyqırımı qəbul edir, hətta burada yeni spa-kurort qurmaq istəyir”, - "The Times” qəzetindən Kristina Lemb yazır.

Şəhər meri Mladen Qruiçiç qurbanların yaxınlarının qəzəbinə rəğmən, BMT Beynəlxalq Haaqa məhkəməsinin soyqırım haqqında qərarını tanımadığını söyləyir.

"Mən bunu dəhşətli cinayət sayıram. Lakin elə serblərin başına az oyun gətirilməyib. Hamı elə ancaq müsəlmanlardan danışır”, - keçmiş kimya müəllimi soyuqqanlıqla bildirib.

Картинки по запросу mladen grujičić

 

Mladen Qruiçiç

Müəllif 1995-ci il Deyton sazişləri ilə Bosniya və Herseqovinanı təşkil edən etnik qruplar- serblər, boşnaklar, və xorvatlar arasında gərginliyin artmaqda olduğunu qeyd edir.

"Zaqreb (Xorvatiyann paytaxtı) və Belqradın da qızışdırması ilə xorvatlar və serblər dövlət içində müstəqilliklərini tələb edirlər. Üstəlik, Moskva da prosesə qoşulub”, - məqalədə yazılıb.

Rusiya Balkanlarda yenidən at oynadır, biz isə sanki bu bölgəyə marağımızı itirmişik”, - ABŞ-ın Avropadakı qoşunlarının baş komandanı general Körtis Skaparotti etiraf edir. Onun sözlərinə görə, Moskva açıq-aşkar Bosniyada 2016-cı ildə keçirilən bələdiyyə seçkilərinə müdaxilə edib. Nəticədə serb millətçiləri kompakt yaşadıqları yerlərdə böyük üstünlük əldə ediblər. Qruiçiç isə Srebrenitsada müsəlman merə qalib gəlib”.

"Bosniya və Herseqovina tərkibindəki Serb respublikasının prezidenti Milorad Dodik ümumiyyətlə hökm etdiyi bölgədəki orta məktəblərdə Srebrenista haqqında danışmağı qadağan edib.

Картинки по запросу milorad dodik putin

 

Milodrad Dodik və Vladimir Putin

Milodrad Dodikin son vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə can-bir qəlbdə olması xüsusi diqqət cəlb edir. Bundan başqa, Bosniya serblərinin lideri öz polislərini Moskvaya təlim keçmək üçün göndərib və bunun üçün Rusiyadan 4 min ədəd avtomat silah alıb”, - məqalədə qeyd olunur.

Bosniyanın ən böyük qəzeti sayılan "Avaz”ın baş redaktoru və vaxtilə serblərə qarşı vuruşmuş Səyyad Numanoviç indi yeni müharibə qorxusunun yenidən əmələ gəldiyini söyləyir.

"Mən arıtq heç bir müharibə istəmirəm. Lakin situasiya pisləşməyə doğru gedir. Mən Bosniyanın bir daha bu müsibəti qaldıra bilməyəcəyini bilirəm”, - Numanoviç qayğı ilə məqalə müəllifinə söyləyib.

//musavat.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300