Сəbhə bölgəsində şəhid olmuş əsgərin medalı Neftçalada ailəsinə təqdim edilib-FOTOLAR

 

Bu ilin yanvar ayında düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olmuş əsgər Mənəfov İbrahim Möhsüm oğlunun ölümündən sonra təltif olunduğu medal ailəsinə təqdim edilib

 

Neftçala Rayon İcra Hakimiyyətində keçirilən mərasimdə çıxış edənlər hərbi qulluqçu İbrahim Mənəfovun 23 illik ömür yolu haqqında danışaraq onun torpaqlarımızın müdafiəsi uğunda şəhid olduğunu vurğulayıblar. Belə oğul böyütdüklərinə görə şəhidin valideyinlərinə dərin minnətdarlıqlarını bildirən natiqlər onunla qürur duyduqlarını dilə gətiriblər.

 

1995-ci il martın 31-də anadan olan Azərbaycan Milli Aviasiya Akademiyasının məzunu İbrahim Mənəfov 2018-ci il yanvarın 19-da düşmən təxribatının qarşısını alarkən şəhid olub.

 

Mərasimin sonunda Azərbaycan Respublikası Prezidenti adından, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə şəhidin təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailəsinə təqdim olunub.

 

Tədbirin sonunda bir qrup hərbi qulluqçu, ictimaiyyət nümayəndələri və şəhidin ailəsi Bankə qəsəbəsinə gedərək şəhidin məzarını və buradakı Türk şəhidliyini ziyarət ediblər.

Сəbhə bölgəsində şəhid olmuş əsgərin medalı Neftçalada ailəsinə təqdim edilib...............

Uluyol.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300