Əfqanıstanda aviazərbə nəticəsində azı 60 dinc sakin ölüb

 

Əfqanıstan Hərbi Hava Qüvvələrinin Qunduz şəhərindəki mədrəsəyə endirdiyi aviazərbələr nəticəsində azı 60 dinc sakin ölüb, 50 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, bu barədə "Pajhwok” agentliyi senator Abdullah Karlaka istinadən xəbər yayıb. O bildirib ki, ümumilikdə 85 nəfər ölüb. Ölənlərdən 60-ı dinc sakin, 25-i isə "Taliban”çılardır.

Mədrəsənin "Taliban”ın nəzarəti altında olduğu deyilir. Hərbçilərin məlumatına görə, zərbə zamanı içəridə 200-ə yaxın şəxs olub. Onların arasında "Taliban”ın yüksək səviyyəli nümayəndələrinin olduğu da hesab edilir. BMT-nin Əfqanıstana dəstək üzrə missiyası dinc sakinlərin ölmə ehtimalının araşdırdığını bəyan edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300