Ərdoğan: "Düşmənlər Rusiya ilə Türkiyənin münasibətlərini poza bilmədilər"

 

"Düşmənlər Rusiya ilə Türkiyənin münasibətlərini poza bilmədilər. Hər iki ölkə bu imtahandan uğurla keçdi".

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bəzi dairələr bizim Rusiya ilə münasibətlərimizi pozmaq istədilər. Lakin biz bu imtahandan böyük uğurla çıxdıq. Və bizim münasibətlər daha da gücləndi. Bu gün imzalanmış dörd saziş münasibətlərimizi daha da gücləndirəcək", - deyə Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfrasında bildirib.

Qeyd edək ki, bu gün Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş olub. Mətbuata qapalı keçirilən görüş 1,5 saat çəkib. Görüşdən sonra hər iki dövlətin rəhbəri birgə mətbuat konfransı keçirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300