İranın dövlət televiziyası "Roma” klubunun loqotipinə qarşı senzura tətbiq edib

 

İranın dövlət televiziyası İtaliyanın "Roma” futbol klubunun loqotipinə qarşı senzura tətbiq edib.

"Report” BBC-yə istinadən xəbər verir ki, bu addım "canavarlar”ın İspaniya təmsilçisi "Barselona”ya 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçının yayımı zamanı atılıb.

"Roma”nın loqotipində iki uşağa süd verən canavar əks olunub. İtaliyanın yaradıcıları kimi qəbul olunan Romul və Rim canavarın döşlərindən süd əmirlər. İran televiziyasının əməkdaşları matçı efirə verən zaman loqotipdəki həmin hissəni örtməyi məqsədəuyğun sayıblar.

Hələlik İtaliya klubunun rəsmiləri insidentə şərh verməyiblər.

Qeyd edək ki, "Roma” və "Barselona” arasında cavab matçı aprelin 10-da keçiriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300