Özbəkistanda avtomobil qəzası nəticəsində səkkiz nəfər həlak
olub
Özbəkistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, ölkənin Cizzak vilayətinin Paxtakor rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Cizzak-Qaqarin magistral yolunun 49-cu kilometrində iki minik maşınının toqquşaraq yanması nəticəsində səkkiz nəfər yerindəcə həlak olub.
Hadisənin səbəbləri araşdırılır.