UEFA "Liverpul" klubunu cəzalandıra bilər
UEFA İntizam Komitəsi İngiltərənin "Liverpul" klubuna qarşı intizam işi açıb.
"Report"un məlumatına görə, səbəb klub azarkeşlərinin Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında evdə "Mançester Siti" ilə oyunda rəqib komandanın avtobusuna şüşə və pirotexniki vasitələr atmasıdır.
Qeyd edək ki, "Liverpul" bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb. Cavab qarşılaşması isə aprelin 10-da keçiriləcək.