İcra başçısı maliyyə rəisinin qanunsuz əməllərinə niyə göz yumur?

 

Bir sıra məmurların özbaşınalığı, qanundankənar hərəkətləri rayon sakinlərinin yaşayışlarını daha da ağırlaşdırır. Aidiyyatı qurumlara müraciət edilsə də, heç bir tədbir görülmür. Elə məmurlar var ki, ölkə qanunlarına əhəmiyyət vermədən, öz "qanunlarını” həyata keçirməklə məşğuldur.Saytımıza daxil olan məlumata görə, Neftçala rayon Maliyyə İdarəsində bu cür vəziyyət yaşanır. Neftçalada fəaliyyət göstərən bütün idarə və müəssisələr, büdcə təşkilatları yerli Maliyyə İdarəsinin müdiri Rəşid Manafovun əlindən boğaza yığılıblar.

 

20 ilə yaxındır Neftçala maliyyə idarəsinin müdiri işləyən Rəşid Manafovun əlindən cana doyan büdcə təşkilatlarının rəhbərləri yaşanan bu cür özbaşınalıqları artıq dilə gətirməyə başlayıblar.

Saytımıza Neftçala rayonundan verilən məlumata görə yerli idarə müdirləri Rəşid Manafovun qanunsuzluqlarından, özbaşınalıqlarından təngə gələrək dəfələrlə icra başçısı İsmayıl Vəliyev_ə müraciət ediblər. Lakin rayon ira başçısı bir şəkildə maliyyə idarəsinin müdirinin özbaşınlalıqlaırna göz yumub.

Mənbəmiz İsmayıl Vəliyevin Rəşid Manafovun qanunsuzluqlarına sakitcə göz yummasının arxasında icra başçısının ondan çəkinməsi ilə əlaqələndirdi.

Belə ki, bir neçə il bundan öncə Rəşid Manafovun bacısı oğlu Neftçala rayon bələdiyyəsinin sədri Aydın Aslanovun İsmayıl Vəliyevi Neftçalanın mərkəzində küçə söyüşləri ilə söyməsi və bundan sonra özünə yaxın maliyyələsdirdiyi saytlar vasitəsilə İsmayil Vəliyevi tənqid etdirməsi ,bir məclisdə Aydın Aslanov dayısı Rəşid Manafovun İsmayil Vəliyev və müavini barədə çox ilginc bir kompramanta sahib olduğunu və rayon icra başçısının maliyyə rəisinin bu kompramanta sahib olduğunu bildiyi üçün Rəsid Manafova və bacısı oğlu Aydın Aslanova qarşı heç cür çıxa bilmədiyini dedi.

Bu gün Neftçala maliyyə idarəsi müdirinin qaydalarından biri məhz rayondakı bütün idarə və müəsissə rəhbərlərinin onun icazəsi olmadan işə adam qəbul etməməsidir. Bildirilir ki, Rəşid Manafovun icazəsi olmadan və ondan gizlin hansısa bir idarəyə işçi götürlərsə həmin müəsissə rəhbərinin günü qara olur. Belə ki, maliyyə idarəsinin müdiri onun qanunlarını tapdalayan həmin idarə müdirini uzun müddət get gələ salmaqla bərabər, dövlətdən ayrılan vəsiatləri istədiyi vaxta qədər gecikdirə bilir. Bu isə idarə müdiri üçün ciddi problemə çevrilir. Ancaq Rəşid Manafovun büdcə təşkilat rəhbərlərinə təzyiqi bununla bitmir.Mənbəmiz qeyd edir ki, hər bir idarədəki "ölü can”lar üçün Rəşid Manafov öz hesabını alır. Lazım olanda isə büdcə təşkilatlarına ayrılan əlavə vəsaiti kəsməklə, bağlamaqla idarə müdirinin "belini "qırır. Məhz bu cür metodlarla büdcə rəhbərlərini daimi təzyiq altında saxlayan Rəşid Manafov onlar üçün qorxulu kabusa çevrilib. Bu gün Neftçala rayonunda ən böyük oliqarxlardan biri məhz Rəşid Manafovdur. Dövlətin vəsaitlərini 20 ilə yaxındır mənimsəyən bu şəxsin böyük obyektlərinin, mal-mülkünün olduğu deyilir. Maliyyə idarəsinin müdiri Bakı şəhərində Vergilər Nazirliyində işləyən oğlu üçün bahalı avtomobil, mənzillər aldığı bildirilir.(Bu haqda gələn yazimizya ətraflı məlumat verəcəyik)
Birbaşqa məlumata görə, bu günlərdə Neftçala rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevin Rəşid Manafovdan seçki ilə əlaqədar 10 min manat pul istəməsi ona baha başa oturub.Belə ki,Rəşid Manafov dərhal adamları vasitəsilə mətbuatda İsmayıl Vəliyevi bütün idarə və müəssisə rəhbərlərindən 1000_10000 min manat pul yığması ilə onu mətbuatda tənqid etdirib.

Videonu 17_ci dəqiqdən izləyin

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300