Zaxarova Trampın son bəyanatına münasibət bildirib

 

"ABŞ-ın İraqa müdaxiləsinin yekununda İŞİD peyda oldu".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın Suriyaya hücumla bağlı yeni "tvit"ini şərh edərkən bildirib. "Sadəcə, hələ heç kəs İraqa görə ABŞ təşəkkür edib qurtarmayıb, hansı ki, müdaxilənin yekununda İŞİD peyda oldu", - deyə Rusiya XİN sözçüsü "Facebook" səhifəsində yazıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriyaya hücumla bağlı yeni açıqlama yayıb. O, özünün "Twitter” səhifəsində əməliyyatın vaxtının hələlik müəyyənləşmədiyini yazıb: "Suriyanı çox tezliklə də vura da bilərik, gec də vura bilərik. Nə vaxt hücum edəcəyimizi heç vaxt deməmişəm. Mənim rəhbərliyimdə ABŞ Suriyadan İŞİD-in çıxarılması üçün böyük işlər görüb. Haqqımız olan "Təşəkkür edirik, Amerika!” ifadəsini isə eşitmirik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300