Pyotr Poroşenko:"Şimal axını-2” Rusiyanın Avropanı susdurmaq üçün verdiyi rüşvətdir”

 

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanı iqtisadi cəhətdən etibarsız, siyasi cəhətdən isə təhlükəli dövlət adlandırıb. Poroşenko Almaniyanın "Handelsblatt” qəzetinə verdiyi müsahibədə Qərb ölkələrini Ukraynanın şərqinə sülhməramlı qüvvələr yerləşdirməyə çağırıb.

"Mən özümü sülh prezidenti hesab edirəm” deyən P.Poroşenko Almaniyanın yeni hökumətinin proqramında Ukraynaya xüsusi fəsil ayrılmasından və Şərqi Ukrayna məsələsində verdiyi dəstəkdən məmnunluğunu gizlətməyib.

"Bizə vahid və güclü Avropa Birliyi lazımdır. Hər şeydən öncə isə BMT-nin "mavi dəbilqəli”lərinin Şərqi Ukraynaya gəlməsini istəyirik. Onlar buradakı qeyri-qanuni silahlı birləşmələri tərksilah edə, həmçinin əhalini qoruya bilərlər. Bundan başqa beynəlxalq güclər Rusiya və Ukrayna arasındakı sərhədləri də mühafizə etməlidirlər. Rusiyanın Donbasada qoşun, yanacaq və silah saxlamaqda davam etdiyi təqdirdə, bu tədbirlərin heç bir faydası olmayacaq. Hazırda bölgədəki bütün qanunsuz hərəkətlər Vladimir Putinin əmri ilə icra olunur”, - Poroşenko deyib.

Ukrayna prezidenti Ukraynanın şərqində hansısa ölkədaxili münaqişədən danışmağın yersiz olduğunu vurğulayıb:"Burada sadəcə, Rusiyanın hərbi işğalı hökm sürür. Putin indi bölgəyə sülh gətirə biləcək sülhməramalı qüvvələrin yerləşdirilməsini hansı səbəblə istəmədiyini bizə izah etməlidir”.

Pyotr Poroşenko Rusiya və Ukrayna arasındakı qaz mübahisələrinə də toxunub. O, Stokholm Arbitraj Məhkəməsinin Rusiyanın Ukraynanın xeyrinə 4,6 milyard avro ödəməli olduğu haqqında qərarının Moskva tərəfindən icra edilmədiyini söyləyib.

"Bu isə onu göstərir ki, Rusiyaya ümumiyyətlə, etibarlı tərəfdaş kimi baxmaq olmaz. "Şimal axını-2” Rusiyanın maliyyələşdirdiyi siyasi layihədən başqa bir şey deyil. Almaniya mediası üçün kobud səslənəcək, amma "Şimal axını-2” Rusiyanın Ukraynanı iqtisadi və enerji blokadasına salmaq yolunda atdığı addımlara susmanız üçün sizlərə ödədiyi rüşvətdir. Bu layihənin heç bir iqtisadi faydası yoxdur”,- Poroşenko qeyd edib.

Almaniya kansleri Angela Merkel Ukrayna prezidenti ilə birlikdə keçirdikləri mətbuat konfransında rəsmi Kiyevin mövqelərini qəbul etdiklərini bildirib. Kanslerin "Şimal axını-2” layihəsi barədə dedikləri isə Almaniya mətbuatında sərt tənqidlərə səbəb olub. Daha doğrusu, alman icmalçılar onu Rusiyanın əsl niyyətlərinə gec reaksiya göstərməkdə suçlayıblar. Siyasi şərhçilər Merkeli həm də riyakar davranmaqda günahlandırıblar.

"Onsuz da Ukraynadan qaz tranzitinin aparılmasının vacibliyi Almaniyanın İqtisadiyyat Nazirliyinin 2017-ci ilin fevralında daxili istifadə üçün nəzərdə tutulan sənədində də əks olunub. Heç rusların özləri də qazın Ukraynadan nəqlini tam dayandırmaq fikrində deyillər. "Qazprom”un prezidenti Aleksey Miller ildə 15 milyard kub qazın Ukrayna vasitəsilə nəql olunacağına söz verib. Hazırda isə bu rəqəm 93 milyard kub təşkil edir. Belə çıxır ki, Merkelin Ukraynaya verdiyi "dəstək” heç də "Şimal axını-2”-dən imtina etmək deyil”,- "Tagesspiegel” qəzetindən Klaudia fon Zeltsen yazır.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300