Çaylarda suyun səviyyəsi dəyişib  

 

Çaylarda sululuq səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Qafqazinfo”ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 100-140, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 392 m3/s olmaqla ongünlük normanın 84 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 250 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 109 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 70 m3/s təşkil edərək ongünlük normanın 51 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Şirvanda 12, Salyanda 10, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 4 sm azalma qeydə alınıb.
Surra məntəqəsində suyun səviyyəsi 376 sm (2017-ci il aprelin 09-da 376 sm), Şirvanda 273 sm (2017-ci il aprelin 09-da 263 sm), Salyanda 181 sm (2017-ci il aprelin 09-da 210 sm), Bankədə 177 sm (2017-ci il aprelin 09-da 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 86 sm (2017-ci il aprelin 09-da 85 sm) təşkil edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300