Ərdoğan da növbədənkənar seçkilərə gedir?

 

Türkiyədə növbədənkənar prezident seçkilərinin keçirilməsi gündəmə gəlib.

Ötən gün AKP iqtidarına loyal münasibəti ilə seçilən MHP başqanı Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində keçirdiyi qrup toplantısında bu barədə çıxış edib. O, avqustun 26-da Türkiyədə növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.

Bundan dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan aprelin 18-də saat 13:30-da Baxçalı ilə görüşəcəyini və yalnız bu görüşdən sonra təklifə münasibət açıqlayacağını bildirib.

Türkiyənin ana müxalifət partiyasının sədri Kamal Kılıcdaroğlu növbədənkənar seçkilərdən çəkinmədiyini ifadə edib. Baxçalının təklifi ilə bağlı jurnalistlərin sualına isə o, belə cavab verib: "Bunu ana aktyordan soruşun”.

İyi partiyanın sədri Meral Ak çener isə deyib ki, bu təklif MHP-nin yox, AKP iktidarının 2019-cu ildə keçiriləcək növbəti prezident seçkilərində Ərdoğanın uduzacağı ilə narahatçılığının nəticəsində ortaya çıxıb.

Türkiyəli ekspertlərin qənaətinə görə, AKP iqtidarı ona qarşı müxalifətdə olanları hazırlıqdan məhrum etmək və qəfil yaxalamaq məqsədilə növbədənkənar prezident seçkilərinin keçirilməsində maraqlıdır.

Təsadüfi deyil ki, növbədənkənar prezident seçkləri təşəbbüsünü irə sürən Baxçalı öz çıxışında hazırda prezident olan Ərdoğanı yox, ana müxalifət partiyası olan CHP-ni hədəfə alıb və bu partiyanı "hodri meydana” çağırmaqla, təşəbbüsün müxalifətə qarşı yönəldiyini açıq şəkildə ifadə etmiş olub. Bu isə Baxşalının təklifinin əslində Ərdoğandan gəldiyi barədə iddiaları gücləndirir. Qeyd edilir ki, baş nazir Binəli Yılıdırımın iki həftə əvvəl Baxçalını sürpriz ziyarəti zamanı növbədənkənar seçkilər təşəbbüsünün müzakirə olunduğu istisna deyil.

Başqa mülahizələrə görə, Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərdə olan ölkə başçılarının – İlham Əliyevin və Serj Sarkisyanın ardınca, Ərdoğanın da növbədənkənar seçkilər barədə qərar verməsi təəccüb doğurmayacaq. Ehtimal olunur ki, Qərbin Putin rejiminə qarşı təzyiqləri artığı üçün, ondan siyasi dəstək alan liderlər öz problemlərini mümkün qədər tez həll etməyə çalışırlar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300