Nazirlər Kabineti istefaya getdi (Siyahı)

 

Aprelin 18-də İlham Əliyevin yeni prezidentlik dönəmi başlayıb. Azərbaycan Konstitusiyasının tələbinə görə, həmin gün Nazirlər Kabineti istefa verib. Kabinetə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.

Novator.az bildirir ki, təhsil naziri və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri postları hazırda boşdur. Onlarsız Nazirlər Kabinetinin bu üzvləri var:

baş nazir Artur Rasizadə

baş nazirin birinci müavini Yaqub Eyyubov

baş nazirin müavinləri Əli Əhmədov, Abid Şərifov, İsmət Abasov, Elçin Əfəndiyev

baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov

xarici işlər naziri Elmar Məmmədyarov

müdafiə naziri Zakir Həsənov

ədliyyə naziri Fikrət Məmmədov

daxili işlər naziri Ramil Usubov

fövqəladə hallar naziri Kəmaləddin Heydərov

müdafiə sənayesi naziri Yavər Camalov

maliyyə naziri Samir Şərifov

vergilər naziri Mikayıl Cabbarov

iqtisadiyyat naziri Şahin Mustafayev

kənd təsərrüfatı naziri Heydər Əsədov

energetika naziri Pərviz Şahbazov

nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə

əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov

səhiyyə naziri Oqtay Şirəliyev

mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov

gənclər və idman naziri Azad Rəhimov

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev

Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov

Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300