Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay

 

Ötən gecə Lənkəranda 42 yaşlı kişinin qulağının kəsilməsi ilə nəticələnən hadisə barədə bəzi məqamlar üzə çıxıb.

Hadisə Girdəni kəndindən keçən yolda qeydə alınıb. Belə ki, Ləj kənd sakini, 1976-cı il təvəllüdlü Əliağayev Vaqif Balaxan oğlu avtomobillə hərəkətdə olarkən tanımadığı şəxslər onun qarşısını kəsib. Bu zaman münaqişə baş verib və şəxsiyyəti hələlik məlum olmayan şəxs V.Əliağayevin qulağını kəsib.

Hadisə vaxtı V.Əliağayevin ailə üzvləri maşında olub. Onun həmin şəxslərlə daha əvvəl mübahisə etdiyi və həmin söhbətin davamı olaraq münaqişənin baş verdiyi bildirilir. Artıq V.Əliağayevə xəstəxanada yardım göstərilib və onun qulağı yerinə tikilib.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300