Senator Menendez
Trampa: "Qonşusuna güllə atan ölkəyə az mərmi verin"
ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ölkənin Yəməndə həyata keçirdiyi siyasəti müzakirə edilib.
Axar.az xəbər verir ki, iclasda çıxış edən komitə üzvləri ABŞ-ın Səudiyyə Ərəbistanına qeyd-şərtsiz yardım göstərməsini tənqid edib.
ABŞ-ın Yəməndə həyata keçirdiyi siyasəti sərt şəkildə tənqid edən senator Bob Menendez Səudiyyə Ərəbistanına göstərilən yardımla bağlı maraqlı müqayisə aparıb:
"Sizin oğlunuz evin arxasındakı baxçada əlindəki tapança ilə qonşularınıza necə gəldi atəş açırsa, ona daha çox güllə verərdiniz, yoxsa az?”