Neftçala sakini özünü bıçaqlayıb
Neftçala sakini özünü bıçaqlayıb.
"Report"un Aran bürosu xəbər verir ki, rayonun Kürqarabucaq kənd sakini, 1986-cı il təvəllüdlü Cahangir Əsəd oğlu Quliyev özünə 2 bıçaq zərbəsi vuraraq xəsarət yetirib.
Yaralı Neftçala Rayon MərkəziXəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.