Bakı Lift İdarəsi rəisinin ailəsində qalmaqal: indiki kürəkənlə keçmiş kürəkənin davası davam edir » Ulu Yol Xəbər portalı

              Bakı Lift İdarəsi rəisinin ailəsində qalmaqal: indiki kürəkənlə keçmiş kürəkənin davası davam edir

 

 

 

Bakı Lift İdarəsinin rəisinin adı yenə də mətbuatın gündəminə gəlib. Bu dəfə rəis Qüdrət Şükürovun keçmiş kürəkəni ilə onun indiki kürəkəni arasındakı dava məhkəməlik olub.

Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək ittiham aktını elan edib. Yuxarıda adıçəkilən şəxslər özünü təqsirli bilməyiblər.

Daha sonra zərərçəkniş Oqtay Əhmədovun vəkili İsmayıl Kəngərli zalda jurnalistin olmasına etiraz edib və işin içində ailə sirrinin olduğunu deyərək media nümayəndəsinin zaldan çıxarılmasını istəyib. Bildirək ki, Oqtay Əhmədov Qüdrət Şükürovun indiki kürəkənidir. Prokuror da vəkilin vəsatətini müdafiə edib.

Təqsirləndirilən E.Əsgərlinin vəkili Ceyhun Yusifov isə buna etiraz edib. Hakim bildirib ki‚ məhkəmə prosesi açıq keçirildiyi üçün jurnalist zaldan çıxarıla bilməz.

Məhkəmdə zərərçəkmiş kimi tanınan yol polisi əməkdaşı Rəsul Ağayev ifadə verib. O, bildirib ki‚ xidmətdə olarkən yol kənarda "Porsche Cayenne” və "Porsche Panamera” markalı avtomobillərin dayandığını görüb.

"Onlara yaxınlaşdıq‚ sakit dayanmışdılar. Sonra biraz uzaqlaşdıq‚ onlardan birinin əlində nəsə alət var idi. Bir müddət sonra gördük Elşən bizə tərəf qaçır‚ arxasıyca da 2-3 nəfər gəlirdi. Elşən gəlib bizə sığındı‚ digər şəxslər də bizim yanımıza çatanda dayandılar və Elşənlə bir-birini söyməyə başladılar. Onların heç biri‚ nə Oqtay‚ nə əmisi‚ nə də Elşən əmrimizə tabe oldu. Biz də post patrul çağırdıq‚ gəlib bunları bölməyə apardılar. Məni təhqir etməyiblər‚ fiziki təzyiq‚ xəsarət də yetirməyiblər. Sadəcə əmrimizə tabe olmadıqları üçün bizi zərərçəkmiş kimi tanıyıblar"- deyə polis əməkdaşı bildirib.

Amma hakim xatırladıb ki‚ R.Ağayev istintaqa ifadəsində Elşənin kəllə ilə Oqtayı vurub yerə yıxdığını deyib.

YPX əməkdaşı isə hazırda bu barədə heç bir şey xatırlamadığını deyib:"Orada mübahisə edənlər çox idi‚ kimin kimi vurduğu yadımda deyil. O vaxt elə demişəmsə‚ deməli elə olub. Yolun kənarında olanda Elşənin arxasıyca qaçanlardan birinin əlində nəsə var idi‚ bizə çatanda isə əllərində heç nə yox idi. İstintaqa verdiyim ifadəmi təsdiq edirəm”.

Məhkəmədə təqsirləndirilən E.Əsgərlinin suallarına cavab verən R.Ağayev onun kəmərindən tutub saxladığını‚ sonra isə kəmərin qırılıb əlində qaldığını deyib. Bu zaman dövlət ittihamçısı bildirib ki‚ E.Əsgərli məhz polisə tabe olmayıb kəməri qırıb qaçdığı üçün YPX əməkdaşları zərərçəkmiş kimi tanınıb.

Müdafiəmi Ceyhun Yusifov isə digər 2 təqsirləndirilən şəxsin kəmərindən tutulmadığını deyərək onlara niyə eyni ittihamın verildiyini sual edib. Bu zaman prokuror və hər iki tərəfin vəkilləri arasında söz mübahisəsi yaranıb. Hakim tərəflərə xəbərdarlıq edib. YPX əməkdaşı İlkin Həbibov da eyni məzmunlu ifadə verib.

O, əlavə edib ki‚ Oqtay Əhmədovun əmisi Şahin Əhmədov da onların əmrinə tabe olmayıb və mübahisə edənləri sakitləşdirməyə çalışmayıb:"Elşən tək‚ onlar isə 3 nəfər idilər. Təxminən 15-20 dəqiqə sonra Elşənin 1 tanışı gəlib müdaxilə etdi. Amma ümumiyyətlə hadisə yerinə ətrafdan 30-a yaxın şəxs yığışmışdı”.

Elşən Əsgərli 3 nəfərin onu döydüyü üçün qaçdığını deyib:"İttihamda mənim dəstə ilə Oqtayın isə tək olduğu yazılıb. Polis əməkdaşlarının ifadələrindən də aydın oldu ki‚ tam əksinə olub. Mən polislərin yanına qaçıb "kömək edin” dedim. Yol polisi mənim kəmərimdən tutub saxlayanda Oqtaygil tərəfdən 4 nəfər mənim bu iki dostumu yerə yıxıb döyürdülər. Mən də onlara kömək etmək üçün dartınıb kəməri qırdım”.

Digər zərərçəkiş şəxs və şahidlər prosesdə iştirak etməyib. O.Əhmədovun vəkili bildirib ki‚ növbəti iclasda müvəkkili‚ onun həyat yoldaşı Aysel Şükürova və əmisi Şahin Əhmədov məhkəməyə gələrək ifadə verəcəklər.

Məhkəmə prosesid aprelin 30-da davam etdiriləcək.

İttiham aktına əsasən, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər. İstintaq araşdırması zamanı E.Əsgərli və digər şəxslərin O.Əhmədova qarşı xuliqanlıq etməsinə səbəbi məlum olub.

E.Əsgərli O.Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcədə onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb. Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində E.Əsgərli tanışları A.Nəsibov və N.Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da O.Əhmədovla görüşüblər.

Görüş zamanı O.Əhmədov E.Əsgərliyə hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini, və əmisi Şahin Əhmədovu təhqir etdiyini bildirib. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı E.Əsgərli O.Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub. O.Əhmədovu vuran E.Əsgərli daha sonra Vaqif küçəsində olan Azpetrol yanacaq doldurma məntəqəsi istiqamətində qaçıb. O.Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.

Yanacaq oldurma məntəqəsinin yanında olan zaman O.Əhmədov mübahisəsini davam etdirib. Bu zaman E.Əsgərli uca səslə O.Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. E.Əsgərli O.Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşəməyə çağırıblar, onun əl-qolunu tutaraq, O.Əhmədovu yenə də vurmaq istəməsinə imkan verməyiblər.

Bu vaxt E.Əsgərlinin tanışları – N.Bayramlı və A.Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə O.Əhmədovu bir qədər kənara çəkiblər. Orada A.Nəsibov O.Əhmədovun üz nahiyəsində bir kəllə vurub. Daha sonra A.Nəsibov və N.Bayramlı zərbənin təsirindən yerə yıxılmış O.Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub. Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan E.Əsgərli O.Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb. Baş verən hadisə zamanı O.Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə) xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun keçmiş kürəkənidir. E.Əsgərli Şükürovun qızı Aysellə ailəli olub. Aysel boşandıqdan sonra Oktay Əhmədovla ailə həyatı qurub. Bundan sonra tərəflər arasında sosial şəbəkələrdə, əsasən də instagram hesablarından bir-birlərinin ünvanlarına təhqiredici ifadələr və ittihamlar səsləndiriblər.

Bu qalmaqaldan sonra Qüdrət Şükürovun da adı mətbuatda hallanıb. Lift idarəsinin rəisinin qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərclədiyi bildirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.info@mail.ru
Hazırladı: Vüsal Əli

Fatal error: [] operator not supported for strings in /home/uluyol/public_html/index.php on line 300