"Bakı Bus” özbaşınalığı:BNA-nı vecinə almır-FOTO

 

Bakı Bus MMC balansında olan marşrutların ön qapılarına texniki müdaxilə edərək yarı işlək vəziyyətə gətirir. Şirkət sərnişinlərin avtobusa daxil olması üçün nəzərdə tutulmuş ön qapının ancaq bir layının açılmasına icazə verir.



Artıq bir müddətdir ki, şirkətə məxsus avtobuslara daxil olmaq müşkülə çevrilib. Səbəb isə ön qapının ancaq bir layının açılmasıdır. Marşrutlarda qeydə alınan bu hal marşruta daxil olmaq istəyən sərnişinlərə problem yaradır, gecikməyə səbəb olur və haqlı narazılıq yaradır.

Sürücülər bildirib ki, ön qapının ancaq bir layının açılması onların iradəsi daxilində deyil. Çünki ön qapının açılması üçün avtobusda bir düymə var ki, o da qapının hər iki layını açır. Marşrutların ön qapısının ancaq bir layının açılmasına səbəb şirkət tərəfindən qapılara texniki müdaxilə edilməsidir. Lakin bu müdaxilənin səbəbi hələlik məlum deyil.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Axar-a açıqlamasında bildirib ki, səbəb hər nə olursa olsun, bu yolverilməzdir və mütləq şəkildə səbəb araşdırılıb aradan qaldırılacaq:

"Bununla bağlı Bakı Bus MMC-yə xəbərdarlıq ediləcək, mütləq. Yenə o fikri təkrarlamaq istəyirəm ki, sərnişinlərin avtobusa rahat minib-düşməsinə heç bir əngəl olmamalıdır. Əgər iddia edildiyi kimi, texniki nəsə problem varsa, zəhmət çəkib nəqliyyat vasitəsini vaxtında texniki baxışdan keçirsinlər. Bu gündən şirkətə tapşırıq veriləcək ki, tədbir görülsün və belə hal daha təkrarlanmasın”.

Qeyd edək ki, problem bir müddət əvvəl başlamışdı və BNA rəsmi açıqlamasında olayın araşdırılacağını və mütləq tədbir görüləcəyini vəd etmişdi. Amma aradan xeyli müddət keçməsinə baxmayaraq, heç bir tədbir görülmür.
“Bakı Bus” özbaşınalığı:

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300