Qarabağ döyüşlərində həlak olanların sığorta pulları veriləcək

 

Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərman imzalayıb.

Bu gün, aprelin 19-da imzalanan fərman 1997-ci il avqustun 2-dək olan dövrü əhatə edir.

Beləliklə, bu fərmanla müəyyənləşdirilmiş qaydada 11 min manat məbləğində birdəfəlik ödəmə veriləcək. Birdəfəlik ödəməni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.


Söhbət həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak və ya itkin düşdüyünə görə sığorta ödənilməyən insanlardan gedir.

 

Fərmanda tələb edilən sənədlər də açıqlanır. Bura hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə, məhkəmə qərarı, birdəfəlik ödəməni almaqdan ötrü müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd və onun bank hesabı nömrəsinə dair arayış daxildir.

Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti onların siyahısını Müdafiə Nazirliyi və bir sıra dövlət qurumları ilə birgə müəyyən etməlidir.Siyahı üç ay müddətində Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmalıdır.

Sənəddə vurğulanır ki, 1997-ci il avqustun 2-də «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Qanun qüvvəyə minib.

Bundan sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşıb. Qanuna uyğun olaraq, 1997-ci il avqustun 2-də belə insanlara görə sığorta ödənişlərinin verilməsinə başlanıb.

Xatırlatma

Bu məsələ illər idi ki, cəmiyyətdə zaman-zaman qızğın müzakirə edilirdi. Ancaq söhbət təkcə 1997-ci ilə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanlara görə yox, həm də deyilən vaxt, eyni şəraitdə əlil statusu alanlara sığorta pulunun verilməsindən gedirdi.

Müxalifət partiyalarının liderləri də bir neçə dəfə onların sığorta pulunun verilməsini gündəmə gətirmişdilər.

Hətta Qarabağ müharibəsi iştirakçıları hesab edirdilər ki, həmin şəxslərə görə siğorta pullarının verilməsi zamanı 2015-ci ildə baş verən devalvasiyalar da nəzərə alınmalıdır.

 

T.Əbilov: «1000-ə qədər məhkəmə qərarı icrasız qalıb»


«Biz döyüşlərdə həlak olan insanların ailələrinə sığorta pullarının ödənməsindən ötrü 2005-ci ildən fəaliyyətə başlamışdıq».

HüquqşünasTelman Əbilovbunu prezidentin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanını dəyərləndirərkən deyib.

Onun bildirməsinə görə, qeyri-hökumət təşkilatları bu məsələ ilə 2005-ci ildən məşğul olsalar da, buna aid məhkəmə qərarları yalnız 5-6 ildən sonra çıxarılmağa başlanıb:«Öncə 30-40-a yaxın məhkəmə prosesi oldu, qərarlar verildi, həmin pulları ödədilər».

T.Əbilov deyib ki, sonradan bu proses kütləvi hal alıb. Onun vurğulamasına görə, 1000-ə qədər belə məhkəmə qərarı verilib. Ancaq onun deməsinə görə, «Azərsığorta» şirkəti həmin pulları verməkdən imtina edib.

Hüquqşünas deyib ki, daha 1000 iş də məhkəmələrin baxışında olub:«Elə ki, bu məsələnin kütləviləşdiyini gördülər, sığorta şirkəti ödənişləri ödəməkdən, məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdi».

O, bu məsələnin gec də olsa, həllinin tapmasını müsbət dəyərləndirir:«Hər halda, gec də olsa, bu müsbət bir addımdır».

 

AzadlıqRadiosu

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300