XÜSUSİ ƏMƏLİYYAT:3 "kriminal avtoritet" saxlanıldı

 

Gürcüstan Daxili İşlər Nazirliyi aprelin 19-da Avropolla birgə ölkə ərazisində xüsusi əməliyyat keçirib.

Uluyol.az xəbər verir ki, Tbilisidə və Siqnaxi rayonu ərazisində aparılan əməliyyatlar nəticəsində "kriminal aləm”in üç üzvü həbs olunub.

DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Departamentinin Mərkəzi Kriminal Polisinin rəisi Mamuka Çelidze bu gün keçirdiyi mətbuat konfransında deyib ki, saxlanılan şəxslərin Avropadakı "qanuni oğrular"la sıx əlaqələri olub və onlardan "kriminal aləm"də qəbul olunmuş qaydalar əsasında tapşırıqlar alıb, yeni cinayətlər törədiblər.

Hüquq mühafizə orqanlarının əməkdaşları cinayətkar dəstənin üzvü Dmitri Çrelaşvilini Maxata dağında, Qivi Beqiaşvilini Siqnaxi rayonunun Dzveli Anaqa kəndində, Kaxa Bejitaşvilini isə paytaxt Tbilisidə yaxalayıblar. Onlar Avropadakı "qanuni oğrular” Malxaz Zedelaşvili, Kaxa Şavliaşvili, Abesalom Papiaşvili və Qeorqi Xatiaşvili ilə əlaqədə olublar.

(report)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300