Başçı metronun üstünü satıb, "Azadlıq” çökə bilər-FOTOLAR

 

Metronun "Azadlıq prospekti” stansiyası üstündəki parkın ərazisi peşkəş olunmaqdadır. Bu ərazinin satılıb tikinti işləri aparılması ucbatından dəfələrlə metroda çatlar əmələ gəlib.



Ancaq Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərovun vecinə də deyil ki, metro bir gün çökə bilər.

Odur ki, Binəqədi RİH tərəfindən verilən sərəncamla "Azadlıq”ın üstündəki parkın yeri pay-püş olunub.

Hazırda parkın ərazisinin böyük hissəsi zəbt olunaraq tikinti aparılır. Ərazi tamamilə hasarlanıb. Mühasirəyə alınmış yerdə gedən tikintinin ticarət mərkəzi olacağı deyilir.

Ümumiyyətlə, bu parkın ərazisində istirahət üçün az yer qalıb. Burada restoran, obyektlər tikilməkdədir. Parkın bir tərəfini isə "Kristal Abşeron” zəbt edərək bina tikib.

Sakinlər deyirlər ki, "Azadlıq prospekti” metrosunu su basıb, çöküb, parkda çökmələr olub. Ancaq X.İsgəndərov heç bir nəticə çıxarmayıb.

Metrostansiyanın tikintisi zamanı ərazidə parkın salınması ilə "Körpübinatikinti” ASC məşğul olub.

Ancaq parkdakı daş döşəmələrin altındakı torpaq boş olduğundan yağış və qar suyu döşəmənin arasından süzülərək alt hissələrə dolub.

Nəticədə torpaqda boşalma getdiyindən ərazi çöküb. 14 metr dərinlikdə yerləşən bu stansiyada ilk dəfə olaraq, sütunsuz tağvari platforma quraşdırılıb.

Və tikinti zamanı stansiyanın üzərində sadəcə, park olub və həmin ərazidə hər hansı bir tikinti işlərinin ola biləcəyi nəzərə alınmayıb. (cumhuriyyet.net)

Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər-Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər-Başçı metronun üstünü satıb, “Azadlıq” çökə bilər-
Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300