Qaradağda "Oktyabrın 70 illiyi” küçəsi varmış 

 

Qaradağ rayonunun Səngəçal qəsəbəsindəki küçələrdən biri hələ də Rusiyada baş vermiş Oktyabr sosialist inqilabının adını daşıyır. SSRİ dövründə küçəyə "Oktyabrın 70 illiyi” adı verilib.

Azərbaycanın 27 ildir müstəqil olmasına baxmayaraq, küçənin adı dəyişdirilməyib.

Küçədə cəmi 3 bina yerləşir. Amma bura yaşayış məskəninə çeviriləndə 8-10 binanın tikilməsi nəzərdə tutulurmuş. Həmin binalarda isə Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazində inşa edilməsi planlaşdırılan Atom Elektrik Stansiyasının (AES) tikintisində işləyəcək usta və fəhlələr yaşayacaqmış. Lakin 1986-cı ilin aprelin 26-da Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də baş verən güclü nüvə partlayışından sonra Azərbaycanda AES-in tikintisindən imtina olunub. Ona görə də, "Oktyabrın 70 illiyi” adına küçədə əlavə binalar da inşa olunmayıb.

Sakinlərin sözlərinə görə, bir müddət əvvəl dövlət orqanları küçənin adının dəyişdirilməsi ilə bağlı təklif irəli sürüblər. Amma orada yaşayanlar bununla razılaşmayıblar. Onlar qeydiyyat məsələlərində problemlə üzləşəcəklərdən ehtiyat ediblər. Bundan sonra isə məsələ ilə maraqlanan olmayıb. (Report)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300