Azərbaycana 12 sm hündürlüyündə qar yağdı

 

Aprelin 20-si gündüzdən 21-i səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində aprelin 20-dən 21-i səhərədək hava şəraiti qeyri-sabit olub, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-10, Kiçik Qafqazda 12-36, Mərkəzi-Aran rayonlarında 1-10, Böyük Qafqazda 1-8, Qazax-Gəncə zonasında 1-11, Naxçıvan MR-da 1-4, Lənkəran-Astara zonasında 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Qırızda 12, Xınalıqda 10, Dəstəfürçay Qaraqollarda (Daşkəsən), Gəncəçay-Alaxançallıda (Daşkəsən) və Şahdağda 5 sm olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300