Ermənistanın daha üç şəhərində etiraz aksiyası başlayıb

 

İrəvanda Serj Sarqsyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyalarında saxlanılan şəxslərin sayı 62-yə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ermənistan Polisi İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan bildirib.

Həmçinin bu gün Eçmiədzin şəhərində də yüzlərlə sakin etiraz aksiyalarına çıxıb. Yerli KİV-in məlumatına görə, aksiya iştirakçıları şəhərin mərkəzi küçələrini bağlayıb, hökumətə qarşı şuarlar səsləndirir, əlahini etiraza çağırırlar.

Gümrü və Vanadzor şəhərlərində də etirazçılar küçələrə çıxıb, lakin hələlik polislə toqquşma barədə məlumat yoxdur.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın baş nazir vəzifəsinə təyin olunmasına qarşı kütləvi etiraz aksiyaları aprelin 13-dən başlayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300