"Atena” şirkətinin işdən çıxarılan 250-dən çox işçisi etiraz aksiyası keçirib -Fotolar

 

Süd və süd məhsulları istehsalçısı "Atena” şirkətinin işdən çıxarılan 250 nəfərdən çox işçisi etiraz aksiyası keçirib. APA-nın yerli müxbirinin xəbərinə görə, işdən çıxarılan işçilər aprelin 22-də şirkətin Ağcabədi rayon ərazisində yerləşən ofisi qarşısına toplaşaraq narazılıqlarına hüquqi qiymət verilməsini tələb ediblər.

 

"Atena” şirkətinin səhmdarlarından biri Arif Rəsulov APA-ya açıqlamasında bildirib ki, xüsusilə satış və mühafizə işində çalışan işçilər işdən azad edilib. Onun sözlərinə görə, zavodun istehsal edilən süd və süd məhsulları başqa firmaya ünvanlanıb: "İşçilər xəbərdarlıq edilmədən işindən azad edilib. Biz təklif vermişik ki, Müşahidə Şurası verdiyi qərarı dondursun. Əgər verilən qərar qüvvədə qalsa, bütün işçilər öz işini itirəcək”.

 

Aksiya iki saat davam edib. Tərəflərin müvəqqəti razılaşmasına görə, işsiz qalan işçilərə 24 saat ərzində cavab veriləcəyi bildirilib. Bundan sonra etirazçılar zavodu tərk ediblər.

 

"Atena” –nın Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyev APA-ya açıqlamasında aksiyanı yersiz hesab etdiyini bildirib: "Burda heç kim işdən çıxarılmayıb. Sadəcə şirkət xərclərin optimallaşdırılması üçün xərclərin bir hissəsini başqa şirkətə yönləndirib. Onlar bizim əməkdaşlarımızdır. Əmək qanunvericiliyinə görə, belə bir hal olsa, əmək qanunlarına əməl olunacaq. Biz belə qərar verdik ki, yenidən toplanaq və bir qərar verək”.

 

 

Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300