Qurbanov Mircavadovun rekordunu təkrarlayıb

 

Bu gün Topaz Premyer Liqasında ölkə çempionunun adı bəlli olub. Ümumilikdə 6-cı dəfə qızıl medallara yiyələnən "Qarabağ” 5-ci dəfə Qurban Qurbanovun rəhbərliyi altında çempionluq sevinci yaşayıb.

"Report” xəbər verir ki, bununla da 46 yaşlı mütəxəssis baş məşqçi kimi qazandığı qızıl medalların sayında Azərbaycan rekordunu təkrarlayıb.

Bunadək rekordun vahid sahibi Ağasəlim Mircavadov idi. "Qarabağ”ı ilk çempionluğuna daşıyan mütəxəssis sonradan iki dəfə "Şəmkir, bir dəfə "Neftçi” və "Xəzər Lənkəran”la uğur qazanıb. Lakin eyni komandada, həm də ardıcıl qazanılan qızıl medallarda Qurbanov öz rekordunu yeniləyib. Bütün çempionluqları "Qarabağ”la yaşayan çalışdırıcı bu uğurları ardıcıl gerçəkləşdirib.

Ümumilikdə 10 baş məşqçi komandası ilə Azərbaycan çempionatının 1-cisi olub. Hərəyə 5 çempionluq qazanan Mircavadovla Qurbanovdan başqa, Kazbek Tuayev 4, Mehman Allahverdiyev və Böyükağa Hacıyev hərəyə 3 dəfə uğur qazanıb. Digər 5 çalışdırıcı - Əhməd Ələsgərov, Valentin Xodukin, Qyoko Hacievski, Kaxaber Sxadadze və Arif Əsədov hərəyə 1 dəfə uğur qazanıb.

mövsüm

çempion

1992

Əhməd Ələsgərov

1993

Ağasəlim Mircavadov

1993/94

Kazbek Tuayev

1994/95

Mehman Allahverdiyev

1995/96

Kazbek Tuayev

1996/97

Kazbek Tuayev

1997/98

Mehman Allahverdiyev

1998/99

Mehman Allahverdiyev

1999/2000

Ağasəlim Mircavadov

2000/01

Ağasəlim Mircavadov

2001/02

yarımçıq qalıb

2002/03

Keçirilməyib

2003/04

Kazbek Tuayev

2004/05

Ağasəlim Mircavadov

2005/06

Böyükağa Hacıyev

2006/07

Ağasəlim Mircavadov

2007/08

Valentin Xodukin

2008/09

Qyoko Hacievski

2009/10

Kaxaber Sxadadze

2010/11

Arif Əsədov

2011/12

Böyükağa Hacıyev

2012/13

Böyükağa Hacıyev

2013/14

Qurban Qurbanov

2014/15

Qurban Qurbanov

2015/16

Qurban Qurbanov

2016/17

Qurban Qurbanov

2017/18

Qurban Qurbanov

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300