Paşinyandan hakim partiyaya yeni ultimatum:""Məxməri inqilabı” yarımçıq qala bilməz"

 

"Xalq mənə belə bir etimad göstərsə, bundan imtina etmərəm”.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu müxalif "Addım” Hərəkatının sədri, "məxməri inqilab”ın lideri Nikol Paşinyan bildirib.

O deyib ki, indi Ermənistanda hakimiyyət xalqın əlindədir:"Obrazlı desək, buna müqavimət göstərmək əhəmiyyətisizdir”.

N.Paşinyan qeyd edib ki, aprelin 24-də baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla "Mariott" otelində görüşəcək və baş nazir məsələsi ilə bağlı danışıqları davam etdirəcək:"Mən birmənalı şəkildə vurğulamaq istərdim ki, "məxməri inqilabı” yarımçıq qala bilməz. Onu sonadək başa çatdırmaq lazımdır. Ümid edirəm ki, siz tam qələbəyədək onu başa çatdıracaqsınız. Serj Sarqsyan və Respublikaçılar Partiyası yaranmış vəziyyət nəticəsində kölgə rejimi ilə dövləti idarə edəcklərinə ümid etməsinlər və ən yaxşısı bu xülyadan əl çəksinlər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300