Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək

 

Bu gün Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk görüşlər iki günü əhatə edəcək.

Birinci oyun günündə İngiltərənin "Liverpul" klubu doğma azarkeşlər önündə İtaliyanın "Roma" komandası ilə üz-üzə gələcək. "Liverpul" 1/4 final mərhələsində İngiltərənin "Mançester Siti" klubunu çətinlik çəkmədən mübarizədən kənarlaşdırıb - 3:0, 2:1. "Roma" isə İspaniyada 1:4 hesabı ilə məğlub olduğu"Barselona"nı 3:0 hesablı ev qələbəsi və səfər qolu sayəsində üstələyib.

Hazırda "Liverpul"da çıxış edən Məhəmməd Salah 2015 - 2017-ci illərdə "Roma"nın formasını geyinib. Misirli hücumçu məhz "sarı-qırmızı" formanı "qırmızı"ya dəyişib.

"Liverpul" 1984-cü il Çempionlar Kubokunun finalında "Roma"nı əsas vaxtı 1:1 hesabı ilə yekunlaşmış görüşdə penaltilər seriyasında 4:2 hesabı ilə yenib.

6-cı qitəmiqyaslı kubokunu hədəfləyən "Liverpul" bugünkü görüşdə 4 futbolçusunun xidmətindən yararlana bilməyəcək. Komandanın heyətində Joel Matip, Emre Can, Adam Lallana, Nataniel Klayn zədə səbəbindən iştirak etməyəcək. "Roma"da isə iki futbolçu zədəlidir. Paytaxt klubu Rik Karsdorf və Qrequar Defrelin xidmətindən yararlana bilməyəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşması sabah keçiriləcək. Almaniyanın "Bavariya" klubu evdə İspaniyanın "Real Madrid" komandasını sınağa çəkəcək.

Çempionlar Liqası

1/2 final, ilk oyun

24 aprel

22:45. "Liverpul” (İngiltərə) – "Roma” (İtaliya)

Baş hakim: Feliks Brıx (Almaniya)

Liverpul, "Enfild" stadionu

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300