"Dünya yenidən bölüşdürülür və...”– Moskva ABŞ-ın qorxunc planını açıqladı

 

ABŞ beynəlxalq münasibətlərdə hegemon rolunu saxlamaq üçün dünya dövlətlərini yeni qızğın silahlanmaya itələyir.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Biz bu gün beynəlxalq münasibətlərin transformasiyasının və çoxqütblü sistemə keçidin şahidiyik. Bu, təsir sahələrinin yenidən bölüşdürülməsi, regional və qlobal liderlik üçün rəqabətin kəskinləşməsi ilə səciyyələnir. Bu şəraitdə Birləşmiş Ştatlar hərbi də daxil olmaqla, istənilən vasitələri cəlb edərək beynəlxalq münasibətlərdə hegemon rolunu saxlamaq istəyir və ölkələri yeni qızğın silahlanmaya itələyir”, - Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin müdafiə nazirlərinin Pekində keçirilən müşavirəsində deyib.


 

Şoyqu qeyd edib ki, Vaşinqton hətta özünün ənənəvi partnyorları ilə bərabərhüquqlu əməkdaşlığa hazır deyil: "Bunu Amerikanın milli təhlükəsizlik və müdafiə sahəsi üzrə yeni doktrina sənədləri də təsdiq edir. BMT-nin qərarları və Dünya Ticarət Təşkilatının baza prinsipləri də daxil olmaqla ən əhəmiyyətli beynəlxalq razılaşmaların yenidən nəzərdən keçirilməsinə cəhdlər göstərilir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300