AXCP fəalı təcridxanada aclıq aksiyasına başladı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fizuli Hüseynov Binəqədi rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasında aclıq aksiyası keçirdiyi deyilir. Bu barədə Turan-a AXCP sədrinin müavini Nurəddin Məmmədli danışıb.

Yanvarın 27-də Abşeron Rayon Məhkəməsi AXCP Xətai rayon təşkilatının fəalı Fizuli Hüseynova polisə müqavimət ittihamı ilə inzibati qaydada 30 sutka həbs cəzası kəsib. Onun sosial şəbəkələrdəki fəaliyyətinə görə, həbs olunduğu ehtimal edilir.

Nurəddin Məmmədlinin sözlərinə görə, təcridxana rəhbərliyi onu F.Hüseynova aclığı dayandırması üçün təsir etmək məqsədilə təcridxanaya dəvət edib: "Lakin məni rəis qəbul etmədi. Rəsin köməkçisi mənim daha lazım olmadığımı dedi. Aclığa nə vaxt başladığı və səbəbləri barədə məlumat ala bilmədik. Fizuli Hüseynovun sağlamlığında ciddi problemlər olduğundan evdən yemək aparırlar. Təcridxanada yeməyi də qəbul etmirlər, deyirlər aclıq edir. Mənə bildirdilər ki, həkimlər dəvət ediblər, narahatılığa əsas yoxdur”.

N.Məmmədli hesab edir ki, F.Hüseynova zorla qida qəbul etdirirlər: "Güman edirəm ki, bu səbəbdən də məni Füzuli Hüseynovla görüşdürmədilər”.

N.Məmmədlinin fikrincə, F.Hüseynov qanunsuz həbs edilməsinə etiraz olaraq aclıq aksiyası keçirir. 

Ancaq bu deyilənlərə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən hər hansı münasibət almaq mümkün olmayıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300