Türkiyə XİN Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı barədə

 

ABŞ Prezidenti Donald Trampın 1915-ci il hadisələri ilə bağlı bəyanatı qəbuledilməzdir. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda Türkiyə XİN Trampa 1915-ci il hadisələri zamanı erməni silahlı dəstələri tərəfindən 500 mindən çox türk-müsəlmanın, həmçinin Osmanlı İmperiyasında yaşayan digər millətlərin nümayəndələrinin vəhşicəsinə qətlə yetirildiyini xatırladıb:

"Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün həmişə birgə komissiyanın yaradılması təklifi ilə çıxış edib. Türkiyə hər zaman 1915-ci il arxivlərinin açılmasının tərəfdarı olub".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 1915-ci il hadisələrindən danışarkən yenə də "soyqırımı" sözünü işlətməyib. Bununla belə, D.Tramp ötən dəfə olduğu kimi, erməni dilində "böyük faciə" mənasını verən sözdən istifadə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300