Əfqanıstan hakimiyyəti dialoq təklifinə "Taliban”dan cavab almayıb

 

Əfqanıstan hökuməti dialoqa başlamaq barədə "Taliban” hərəkatından cavab almasa da, onların razılığına ümid edir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Əfqanıstan prezidentinin müşaviri Məhəmməd Hənif Atmar bildirib.

Danışıqların Moskva formatı çərçivəsində keçirilmə imkanları ilə bağlı sualı cavablandıran Atmar "meydança seçiminin ikinci dərəcəli məsələ olduğunu” qeyd edib.

Xatırladaq ki, fevral ayının sonlarında ikinci beynəlxalq "Kabil prosesi” konfransının açılışında Əfqanıstan Prezidenti Əşrəf Qəni heç bir şərt irəli sürmədən "Taliban” hərəkatını dialoqa çağırıb. O, həmçinin hərəkatı legitim siyasi qüvvə kimi tanımağa və Kabildə onların rəsmi nümayəndəliyini açmağa hazır olduğunu deyib.

Respublikanın xarici işlər naziri Səlahəddin Rəbbani martın sonlarında Əfqanıstan üzrə beynəlxalq konfransda çıxış edərkən "Taliban” hərəkatı ilə birbaşa danışıqların tez bir zamanda başlayacağına ümidvar olduğunu bildirmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300