Güləşçimiz erməni rəqiblərini məğlub edib çempion oldu

"Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Şəhər Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Hüseyn Ağayev Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə ardıcıl iki erməni güləşçini məğlub edərək turnirin qalibi olub.

 

İki gün davam edən yarışda 4 lənkəranlı idmançı iştirak edib. Onlardan 3-ü turnirin medallarına sahib çıxıb.

 

Lənkəranlı güləşçilərdən Yusif Mirzəyev 22, Ramazan Hüseynov 29, Hüseyn Ağayev 32 və Alişan Verdiyev 35 kiloqram çəki dərəcələrində güclərini sınayıblar. Onlardan ikisi birinci, ikisi isə üçüncü yeri tutub.

 

Turnirdə Hüseyn Ağayevin çıxışı daha yaddaqalan olub. Yarımfinalda erməni rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksələn lənkəranlı idmançı bu uğuru final görüşündə də təkrarlayıb. O, erməni rəqibini cəmi 50 saniyəyə məğlub edib. (AzərTAc)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300