Lüis Hemilton: "Bəxtim gətirdiyi üçün finiş xəttini birinci keçdim"

 

"Yarışın bu cür yekunlaşacağını təxmin etmirdim. Valtteri Bottas çox yaxşı görünürdü və qələbəyə layiq idi. Sebastyan Fettel də çox sürətli idi".

"Report"un məlumatına görə, bunu "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi "Mercedes” komandasının pilotu Lüis Hemilton deyib.

Britaniyalı sürücü bəxtinin gətirdiyini bildirib.

"Bəxtim gətirdiyi üçün finiş xəttini birinci keçdim. Özümü bir qədər qəribə hiss edirəm. Amma bu nəticəni qəbul edirəm. Bu gün bir saniyə də olsun, təslim olmadım. Davamlı hücum edirdim. Lakin yarışı ideal keçirmədim", - deyə Hemilton söyləyib.

Qeyd edək ki, L.Hemilton 1 saat 43 dəqiqə 44 saniyə göstərici ilə rəqiblərini qabaqlaylb. "Ferrari”nin sürücüsü Kimi Raykkonen ikinci, "Force İndia”nın pilotu Serxio Peres üçüncü yeri tutub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300