1 May - "Beynəlxalq Zəhmətkeşlər Bayramı”hansı ölkələrdə keçirilir?

 

Bu gün dünyanın bir çox ölkələrində 121 ildir ki, 1 May – "Beynəlxalq Zəhmətkeşlər Bayramı” kimi qeyd olunur. Lakin Azərbaycan və bir çox ölkələr bu günü bayram kimi qeyd olunmasından imtina edib.

İlk öncə bu günün tarixinə nəzərə yetirək. 8 saatlıq iş gününün nailiyyəti üçün vasitə kimi bir proletar bayram günü tətbiq etmək ilk dəfə 1856-cı ildə Avstraliyada ortaya çıxıb. Həmin il yerli işçilər artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara alıblar. Bununla da proletar bayramı düşüncəsi tez bir zamanda mənimsəndi, Avstraliyanı aşıb başqa ölkələrə yayıldı, bütün proletar dünyasını fəth etdi. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarladı.

1 may 1886-cı ildə demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya, Baltimorda... 200 mindən çox işçi boykota başladı. Çikaqoda 80 min işçi haqları olan "8 saatlıq iş günü" tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirib.

Ümummilli boykotun və bu aksiyaların yayılmasından qorxan burjuaziya silahlı əsgərlərlə yanaşı həm də, casus provakatorlar tutaraq hücuma keçir. 3 may günü "McCormic" fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açıldı və bir işçi öldürüldü. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəldilər.

4 may günü işçilər daha güclü bir mitinq təşkil etdilər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girdi. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşdü. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrildi. İşçilər güllə yağışına tutuldular. 4 işçi və 7 polis öldü, onlarla işçi isə yaralandı. Həmkarlar ittifaqlarının sədrləri və 8 işçi hərəkatının lideri tutuldu.

Məhkəmə sonrasında işçi hərəkatının liderlərindən olan 4 işçi – Avgust Spies, Albert Parsons, Corc Engel ve Adolf Fişer edama məhkum edildilər.

1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı.

Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına – Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.

Azərbaycanda 1920-ci ildən başlayaraq, 1 may Azərbaycanda da rəsmi bayram günü kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilər 1 May bayramı qeyd ediləndə Rəsulzadənin rəhbərliyi ilə ADR hökuməti bu bayramda fəal iştirak edib. Onlar bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini rədd edirdilər.

1992-ci ildə mərhum sabiq prezident Əbülfəz Elçibəyin göstərişi ilə 1 mayın rəsmi səviyyədə qeyd edilməsinə son qoyuldu. Hazırda ölkəmizdə bu tarixi sadəcə kommunist partiyaların üzvləri kiçik bir yürüşlə qeyd edir.

1 May hansı ölkələrdə qeyd edilir?

Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Onların arasında Rusiyanı, o cümlədən işsizliyin daha çox yer aldığı İspaniya, Portuqaliya, Yunanıstanı qeyd etmək olar. Əksər 1 May nümayişləri dinc şəkildə və insidentsiz başa çatsa da, bəzən planlı qarşıdurmalar da yaradılır. Bəzi ölkələrdə bayram günü nümayişə çıxan işçilərin qanı tökülür. İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb.

Eləcə də qardaş Türkiyə dövlətində bu gündə müxtəlif aksiyalar, nümayişlər keçirilir, qarşıdurmalar olur. Bu səbəbdən hər il 1 may günü ölkənin böyük şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilir. Artıq Türkiyə mətbuatında yayılan məlumata görə bu gün də ölkədə metro stansiyaları, bəzi avtomobil yolları və Taksim meydanına gedən yollar müvəqqətli bağlanıb. Taksim meydanına etiraz üçün gələn iki nəfər həbs edilib. Bundan başqa Beşiktaş meydanında toplaşan Xalqın Qurtuluş Partiyasının üzvləri Taksim meydanına qanunsuz yürüş etmək istəyiblər. Nəticədə polislə qrup üzvləri arasında qarşıdurma yaşanıb. Nümayiş iştirakçılarından 10 nəfər saxlanılıb.

Onu da əlavə edək ki, bu bayram bəzi ölkələrdə, o cümlədən, ABŞ və Yaponiyada 1 may günündə deyil, başqa tarixlərdə qeyd edilir.

Xalidə Gəray, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300