Avtomobillərdə pərdə-jalüz mövsümü başladı

 

Ekspert: "Azərbaycanın da qəbul etdiyi Avropa İqtisadi Komissiyasının standartlarına görə, sürücünün kürəyindən arxada qalan şüşələrə hər hansı bir məhdudiyyət qoyulmur, amma...”

 

Mayın 1-dən etibarən Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə pərdə və jalüz vurmağa icazə veriləcək. Bildirilib ki, avtomobillərə yalnız sənaye üsulu ilə hazırlanmış pərdə və jalüzlərin vurulmasına icazə var.

Hər bir pərdə avtomobilin modelinə uyğun şəkildə yığılır və sifarişlə hazırlanıb avtomobilin üzərinə taxılması cəmi 15 dəqiqə çəkir. Avtomobil üçün jalüzlərin qiyməti 25-40 manat arasında dəyişir.

Əgər sürücü qanunverciliyə uyğun olmayan avadanlıqdan istifadə edərsə 150 manat cərimlənəcək. Sürücülər avtomobilin şüşəsini tündləşdirən vasitələrdən də istifadə edə bilməzlər.

Məsələ ilə bağlı "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar deyilir:

«Minik avtomobillərinin şüşələrinin tündləşdirilməsi Qanunun 1 saylı əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib».

Bu Qanunun tələblərinə əsasən, işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Azərbaycan Respublikası Sandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən, minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

Küləyə qarşı şüşələr üçün - 75 %

Küləyə qarşı olmayan digər şüşələr üçün - 70 %

"Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Məsələ ilə bağlı sürücülərin münasibəti birmənalı deyil. Bir çox sürücülər hesab edirlər ki, bəzi xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da pərdə və jalüzlərdən istifadəyə icazə verilməlidir. Sürücülər hesab edirlər ki, avtomobil ailənin ikinci evidir və burada şüşəni qabartmaq heç də hansısa ciddi qanun pozuntusu sayılmır.

Ekspert Ərà Ÿad Hüseynov ile ilgili görsel sonucu

 

Ekspert Ərşad Hüseynov mövzu ilə bağlı "Yeni Müsavat”a bildirib ki, Azərbaycanın qoşulduğu sazişə görə, bu kimi qaydalara riayət olunur:

"BMT-nin ixtisaslaşmış bir qurumu olan Avropa İqtisadi Komissiyası deyilən bir təşkilat var ki, Azərbaycan da 2002-ci ildən ora qoşulub. Bu komissiya yerüstü nəqliyyat vasitələri ilə bağlı çoxlu sayda texniki standartlar hazırlayıb. Burada bütün detallar nəzərə alınıb. Həmin standartlardan biri də 43 saylı qaydadır ki, bu da avtomobil şüşələrinə aiddir. Orada göstərilir ki, sükan arxasında əyləşən sürücünün kürəyindən arxada qalan şüşələrə hər hansı bir məhdudiyyət qoyulmur. Azərbaycan da saziş qəbul edib ki, bu texniki normativləri ölkəmizdə tətbiq edəcək. Sovet dövründən də bizdə belə bir qayda var ki, avtomobilin yan şüşələri də şəffaf olmalıdır. 10 ilə yaxındır ki, mən də məsələ qaldırmışam ki, arxa yan şüşələrin təhlükəsizlik üçün əslində heç bir önəmi yoxdur. Sürücüdən daha çox məsuliyyət tələb edən yük avtomobilləridir, nəinki minik avtomobilləri. Yük avtomobillərində isə heç bu şüşələr, ümumiyyətlə, mövcud deyil. Ona görə də Avropa İqtisadi Komissiyası belə qaydalar müəyyən edib ki, arxa yan şüşələrdə nəyin olmasının fərqi yoxdur. Dünyanın hər yerində də avtomobilin arxa yan şüşələri ilə bağlı məhdudiyyət yoxdur. Hesab edirəm ki, sürücülər narazılıq etməkdə haqlıdırlar. 43 saylı qaydaları deyildiyi kimi qəbul etmək lazımdır. Belə olarsa, mövsümülük söhbəti də aradan qalxar. Elementar bir misal deyim. Məsələn, 30 aprellə 1 mayın arasında nə fərqi var ki, bu gün pərdə taxmağa icazə yoxdur, ancaq sabah var. Yaxud da martın 31-i ilə mayın 1-i arasında hansı fərq var? Əgər söhbət günəşdən qorunmaqdan gedirsə, o zaman qış aylarında buna daha çox ehtiyac var. Çünki yay vaxtı havanın temperaturu yüksək olsa da, günəş yuxarıda olur. Avtomobilin salonunu qış aylarında daha çox gün vurur. Çünki bu aylarda günəş aşağıda olur. Ona görə də iti bucaq altında salona düşür. Burada məhdudiyyətin məhz həmin mənada qalmasının yol hərəkətinin təhlükəsizliyi ilə bağlı heç bir önəmi yoxdur. Buna görə də mövsümülük məsələsi aradan qaldırılmalıdır”.

Avtomobildə pərdə ile ilgili görsel sonucu

 

Ekspert cərimənin miqdarı ilə bağlı aşağıdakıları bildirib:

"Onu da qeyd edim ki, müasir avtomobil istehsalçılarının hamısı xüsusi jalüz dediyimiz pərdələr qoyurlar. Bu, normal bir şeydir. Alın şüşəsinə və sürücünün sağ və sol yanında olan şüşələrə gəlincə isə, burada qanundan kənara çıxmağa qətiyyən yol verilə bilməz. Çünki bu, çox təhlükəlidir. Alın şüşəsində normativdən çox tündləşmə olarsa, o zaman görünmənin çətin olduğu yerlərdə ciddi qəzalar baş verə bilər. Cərimənin də 150 manat olması əslində alın şüşəsi və sürücünün sağ və sol yanındakı şüşələr üçün normaldır. Ancaq arxa yan şüşələrlə bağlı standartı dəyişmək lazımdır. Belə olarsa, cərimə də olmaz”.

Əli RAİS, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300