Jurnalist nazirə müraciət etdi   

 

Müstəqil.Az saytının baş redaktoru, şair Faiq Balabəyli üzləşdiyi problemlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib.

 

O, Yol Patrul Xidməti əməkdaşlarının qanunsuz əməllərindən narazlığını ifadə edib.

 

Bu barədə F.Balabəyli özü məlumat yayıb.

 

O bildirib ki, müvafiq nazirlik bu cür xidmət əməkdaşlarının səhlənkar əməllərinə qarşı lazımı tədbirlər görəcək: "Cənab nazir, aprelin 29-da axşam saat 22:44 radələrində Xətai rayonu,Telnov küçəsində, "Bizim Market”ə yaxın bir ərazidə idarə etdiyim 99 CX 389 dövlət nömrəli nişanlı Mersedes markalı avtomobildə işıqforun qırmızı işığının sönməsini gözlədim. Yaşıl işıq yandıqdan sonra hərəkəti davam etdirdim. Təxminən 200 metrdən sonra 99 YP 459 dövlət nömrə nişanlı YPX avtomobili məni saxladı. Qaydalara əməl edərək avtomobilimi yolun kənarında dayandırdım. Polis əməkdaşı birmənalı şəkildə qırmızıdan keçdiyimi mənə irad tutdu. Etiraz etsəm də faydası olmadı, haqqımda 1739851 saylı elektron protokol tərtib olundu, yazıldı. Bakı şəhər DYP patrul xidməti inispektoru, kiçik serjant Rüstəmli İlkin Afət oğlu pratokola imza atmağımı istədi. Cavabında ona iradımı bildirdim, onun düzgün xidmət aparmadığını diqqətinə çatdırdım. İzah elədim ki, qanuna əsasən, gizli yerdə dayanıb xidmət aparmaq qanunla qadağandır və DYP-nin avtomobilinin işıqları- "miqalkaları” yanılı vəziyyətdə olmalıdır. Xatırladım və əminəm ki, qırmızı işığa girməmişəm".

 

F. Balabəyli deyir ki, yol polisinin iddia etdiyi qanun pozuntusu kameralarda tapılmayıb: "Cənab nazir, mən ona jurnalist Faiq Balabəyli olduğumu, Axar.az saytının yazarı və Müstəqil.az saytının təsisçisi və baş redkatoru olduğumu dedim.Araşdırma aparacağımı, günahım olsa, cərimə ödəyəcəyimi, əks təqdirdə qarşı tərəfin məsuliyyət daşıyacağını bildirdim. Etinasız halda prtokolu və mənim sürücülük vəsiqəmi avtomobilinin salonuna atdı, özü bildiyi şəkildə guya hüquqlarımı anlatdı. İntonasiya ilə şikayət etməyi bildirdi və hədələyici şəkildə mənim jurnalist olmağımı, onun isə polis oduğunu sübut edəcəyini dilə gətirdi. Belə olan təqdirdə və artıq qarşı tərəfin xidməti vəzifəsindən sui-istifadə etdiyini gördüyümdən şikayət etməyə qərar verdim. Beləliklə, aprelin 30-da Bakl şəhər DYPİ-nin 108-ci xidməti otağında oldum, görüntünü göstərməyi xahiş etdim. Maraqlıdır ki, görüntü tapımadı. Kiçik serjantının bilərəkdən, yaxud başqa məqsədlərdən belə qərəzli addım atması sizin və rəhbəri olduğunuz nazirliyin fəaliyyətinə kölgə salır".

 

"Xahiş edirəm, məsələnin ədalətli həllinə göstəriş verəsiniz, cərimə üzərimdən götürülsün, günahkar cəzalandırılsın", - Balabəyli bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300