Həbsdə olan jurnalistin səhhəti ağırlaşıb

 

Həbsdə olan siyasi məhbus, jurnalist Əfqan Sadıqovun səhətində problemlər var. Bu barədə siyasi məhbusun xanımı Sevinc Sadıqova özünün "Facebook” səhifəsində yazıb.

"Bir siyasi məhbus ailəsi olaraq bütün ictimai siyasi qurumları, vətəndaş cəmiyyətini, azad mətbuatı, yerli və beynəlxalq ictimaiyyəti "Siyasi məhbusları müalicə edin! ”kampaniyaya qoşulmağa çağırıram . Bu hakimiyyət bizim bacı-qardaşlarımızı və həyat yoldaşlarımızı məhv etməyə çalışır.

Bu gün həyat yoldaşım, şərlənərək həbs olunmuş jurnalist Əfqan Sadıqovla telefonla danışdıq. Sağlamlıq durumu getdikcə lap pisləşir. 26 aprel – axşam saatlarında yenə ölümdən dönüb, vəziyyətiçox pis olub. Təzyiqi o qədər yüksək olub ki, sudurqa keçirib və bütün bu hadisələr Kürdəxanıda – Bakı İstintaq Təcridxanasının rəisinin gözləri önündə baş verib. Ancaq rəis buna reaksiya belə vermir və susur. Artıq 1 aydan çoxdur ki, Əfqan təziq və ürək ağrılarından əziyyət çəkir və xəstəliyi getdikcə irəliləyir, ayaqları şişib. Mənşəyi bilinməyən iynələr vura-vura səhhətini lap pisləşdiriblər.

Buradan Penitensiar Xidmətin və Bakı İstintaq Təcridxanasının rəisinə müraciət edirəm: Əfqan Sadıqovun həyat və ölüm arasında mübarizə etdiyini görürsünüz, bəs nə üçün Əfqanı xəstəxanaya göndərmirsiniz!? Nədir, kimdir sizin qarşınızı alan!? Göz görə-görə ölümün qucağına niyə atırsınız Əfqanı!?”-Sevinc Sadıqova bildirib.

"Buradan müstəqil mediaya müraciət edirəm: Əfqan Sadıqovun səhhətinə biganə qalmayın, "AZADLIQ VƏ SAĞLAMLIQ TƏLƏB EDİRƏM!” aksiyama siz də qoşulun! Əfqanın həyatı təhlükədədir!

Tələbim yerinə yetənə qədər aksiyamı davam etdirəcəyəm. Mənimlə həmrəy olanlar (dostlar, müstəqil media) mənim aksiyama qoşulsunlar. Hesab edin ki, Əfqana olunan bu təzyiq, haqsızlıq insanlığa sığmayan bir addımdır. Əfqan elə bil erməni əsirliyindədir…Və bütün aidiyyatı orqanlar susur, sanki hamısı Əfqanın ölümünü gözləyir. Səhhətinin bu qədər ağır olmasına baxmayaraq, "etap” edib Cəlilabad rayon məhkəməsina aparmağa hazırlaşırlar.” -jurnalistin xanımı əlavə edib.

 

Bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300