Sumqayıt Tibb Kollecində tender maxinasiyaları –
Direktor Rafael Eyvazov hər işdən pay götürür, hətta tələbələrin cibindən də

Sumqayıtda fəaliyyət göstərən Tibb Kollecində tender maxinasiyalarının olduğu deyilir. Kollecin direktoru Rafael Eyvazovun qurduğu oyunlar sayəsində reallaşan prosesdən əldə olunan gəlirlər isə kiçik hesab olunmur.

Məlumatlarda deyilir ki, ötən il ərzində keçirilmiş tenderlərin birində kollecə müxtəlif təyinatlar üzrə pullar ayrılıb. Həmin pulun 45400 manatı üç dəfəyə təmir işlərinə, 6700 manatı isə əsas vəsaitin satın alınmasına sərf olunub. Təbii ki, kağız üzərində.

Amma abadlaşma işləri üçün ayrılmış 20 min manatın təyinatı üzrə xərclənmədiyi də dəqiqdir. Bundan başqa, dəftərxana ləvazimatları üçün də 5600 manatın ayrıldığı dəqiq olsa da, bu qədər vəsaitə nələrin alındığı bilinmir. Onu da bildirək ki, Sumqayıt Tibb Kollecinə nəqliyyat vasitəsi də alınıb ki, bunun üçün də 25 min manatın xərcləndiyi deyilir. Hərçənd alınan avtomobilin nə markası məlumdur, nə də adı.(ideologiya.az)
 
Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq.
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300