Yayılan yoluxucu xəstəliklərlə bağlı valideynlərə müraciət edildi

 

Ukraynada, Rusiyanın bir neçə vilayətində, eləcə də İtaliya, Ruminiya da daxil olmaqla, Avropa ölkələrində qızılca epidemiyası yenidən alovlanıb. Xüsusilə, Ukraynada bu ilin əvvəlindən indiyədək 12 minə yaxın adam qızılcaya yoluxub və onların əksəriyyəti azyaşlıdır. Yoluxanlar arasında hərbiçilər, müəllimlər də var.

Artıq bir neçə ildir Azərbaycanda qızılca qeydə alınmır. Ukrayna və Rusiyada minlərlə azərbaycanlı yaşayır. Bəs miqrantlar vasitəsilə xəstəlik ölkəmizə keçə bilərmi?

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva virtualaz.org-a deyib ki, xəstəliyin miqrantlar vasitəsilə Azərbaycana keçmə ehtimalı var.

"Ukraynada qızılca əleyhinə peyvəndlənmə 50 faizə yaxın olub. Məhz peyvənddən imtina edildiyi üçün ölkədə qızılca kütləvi yayılıb. Peyvənd olunmayan, immun sistemi zəif insanlar xəstəliyə tez yoluxurlar. Buna görə də, valideynlərə müraciət edirik, uşaqları yalnız peyvəndlə qorumaq mümkündür”, - Əliyeva qeyd edib.

Azərbaycanda qızılcaya qarşı peyvəndləmə 98 faiz yerinə yetirilib. Direktor müavini deyir ki, qızılca olduqca ağır xəstəlikdir, pnevmoniyaya və xəstənin ölümünə səbəb ola bilər: "Azərbaycanda 7-35 yaşlı vətəndaşlar arasında kütləvi peyvəndləmə aparıldı, bundan sonra məktəblilər və ana ola biləcək qadınlar peyvənd edildi. İndi hətta qızılcaya yoluxmada şübhəli bildiyimiz xəstələr də yoxdur”.

Afaq Əliyeva az da olsa peyvənddən imtina edən valideynlərin olduğunu söyləyib: "Peyvənd uşağın hüququdur, üstəlik qızılca əleyhinə peyvəndin fəsadları yoxdur. Sadəcə, valideynlər arasında maarifləndirməyə ehtiyac var”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılcadan ildə 150 min insanın öldüyünü bildirib. Ölənlərin əksəriyyəti peyvənd olunmayan azyaşlılardır. Qızılca çox zaman pnevmaniya və beyin iltihabı kimi ağrlaşmalara səbəb olur. Xəstəlik yaxın təmas və hava-damcı yolu ilə yoluxdurulur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300